Rusiyada "Arktika" neft tankeri yandı

Rusiyada

Rusiyada “Arktika” neft tankerində yanğın baş verib.



Sfera.az bildirir ki, yanğın 10 kvadratmetr sahəsi olan iki kabinəni əhatə edib. Sosial şəbəkələrdə gəminin təmir üçün yanaldığı bildirilir.



Yanğını söndürmək üçün hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.



Qeyd edək ki, Rusiyada son zamanlar demək olar ki, hər gün irimiqyaslı yanğınlar baş verir.



Dekabrın 30-na keçən gecə Rostov-na-Donu şəhərinin mərkəzində dəmir yolu və avtovağzalların yaxınlığında tərk edilmiş ikimərtəbəli bina yanıb. Şahidlər qəsdən yandırma və hərbi əməliyyatlarla bağlı versiyaları istisna etməyiblər.



Dekabrın 23-də isə Moskvada hərbi hissənin ərazisində genişmiqyaslı yanğın baş verib. Yanğın sahəsi 200 kvadratmetrə yaxın olub. Yanğınsöndürənlər yanğının qaraj qutularını əhatə etdiyini bildiriblər.



Dekabrın 20-də Çuvaş Respublikasında qaz kəməri yanıb. Hadisə şahidlərinin sözlərinə görə, yanğın baş verən ərazidə temperatur o qədər yüksək olub ki, insanlar evlərə yaxınlaşa bilməyib.

 

Xanım
 


OXŞAR XƏBƏRLƏR

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət etdi

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüş...

Nazir: "Türkiyə və Azərbaycan hərbçiləri üç ölkə ilə birlikdə hərəkət etməyə hazırdır"

Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan hərbi birlikləri birgə hərəkət etməyə hazırdırlar.   Sfera.az xəbər verir ki, bunu Qazaxıstan müda...