Rusiya Ukraynada LGBT-yə qarşı mübarizə aparır - Ramzan Kadırov

Rusiya Ukraynada LGBT-yə qarşı mübarizə aparır - Ramzan Kadırov

Ramzan Kadırov Rusiyanın LGBT və satanizmə qarşı mübarizə apardığını bildirib.


Çeçenistan lideri ərəblərə müraciət edərək, onları “Ukraynaya qeyri-ənənəvi dəyərlər sırımağa çalışanlarla” mübarizə aparmağa çağırıb. O, müharibəyə girmək istəyən hər kəsə kömək edəcəyini vəd edib.


Sfera.az bildirir ki, Çeçenistan lideri Ramzan Kadırov Rusiya televiziyasında LGBT bayrağı altında yaşamaq istəməyən hər kəsin Rusiyaya mübarizədə kömək etməli olduğunu bildirib. O, bu barədə Qroznı telekanalının efirində bildirib.



Kadırov ərəb ölkələrinin sakinlərinə müraciət edib. O, bəyan edib ki, dünyaya “qeyri-ənənəvi dəyərlərin” tətbiqinə qarşı olanların hamısı müharibəyə qoşulmalıdır. Kadırov iddia edir ki, Ukraynada müharibə “satanizm, nasizm və faşizmə” qarşıdır.



"Bu gün biz müsəlmanların dəyərlərini müdafiə edirik. LGBT bayrağı altında yaşamaq istəməyənlər ayağa qalxmalı və bunun öhdəsindən gəlməkdə bizə kömək etməlidirlər. Hər kəs olduğu yerdən belə bizə kömək edə bilər"- deyə Kadırov bildirib. O, həmçinin əlavə edib ki, Ukraynaya qarşı müharibəyə qoşulmaq istəyən hər kəsə kömək edəcəklər.



Qeyd edək ki, dekabrın 16-da media Putinin Kadırova Zelenskiyə sui-qəsd etmək və Kiyevdə hökuməti ələ keçirmək göstərişi verdiyini yazmışdı. Lakin bu plan Ukrayna Müdafiə Qüvvələri tərəfindən pozulub.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...