“Donuz qripi”nə yoluxanlar üçün xüsusi xəstəxana ayrılacaq? - AÇIQLAMA

“Donuz qripi”nə yoluxanlar üçün xüsusi xəstəxana ayrılacaq? - AÇIQLAMA

“Donuz qripi” mövsümü influenza (qrip) xəstəliyinin bir növü olduğu üçün buna görə xüsusi xəstəxananın ayrılmasına ehtiyac yoxdur”.

 

Sfera.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

 

Onun sözlərinə görə, TƏBİB-in tabeliyində olan bütün xəstəxanaların müvafiq şöbələrində həmin xəstələrin istər ambulator, istərsə də stasionar müalicəsi aparılır.

 

“Bu qrip ilk dəfə deyil. Həmişə olub. Bu baxımdan ayrıca xəstəxana ayrılmasına ehtiyac yoxdur” - deyə Yaqut Qarayeva bildirib.

 

Qeyd edək ki, bir sıra ölkələrdə, o cümlədən Rusiya və Ermənistanda da donuz qripi virusu yayılıb. Səhiyyə Nazirliyindən isə bildirilib ki, Azərbaycanda bu virus hələ aşkarlanmayıb. Hazırda ölkədə yayılan mövsümi qrip və kəskin respirator virusdur.


OXŞAR XƏBƏRLƏR