Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi

Cəmiyyət
19:15 / 30.12.2022
25644
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib.
Sfera.az xəbər verir ki, nazir bu barədə tviter hesabında paylaşım edib.
"Qardaş Türkiyənin Aydın vilayətində partlayış nəticəsində həlak olanlara Allahdan rəhmət, ailələrinə səbr, yaralıların tezliklə sağalmasını diləyirəm", - deyə Bayramov qeyd edib.
Qeyd edək ki, Türkiyənin Aydın əyalətinin Nazlı rayonunda restoranda baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 4 nəfər yaralanıb.