"Azəristiliktəchizat" gücləndirilmiş rejimdə çalışacaq

Cəmiyyət
17:10 / 30.12.2022
12292
"Azəristiliktəchizat" ASC qarşıdan gələn bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Sfera.az-a qurumdan bildirilib.
Bayram günlərində abonentlərin keyfiyyətli və dayanıqlı istiliklə təchiz təmin etmək məqsədilə qazanxalarda və istilik məntəqələrində müvafiq tədbirlər həyata keçirilib. Bununla əlaqədar İstilik sistemləri istismar sahələrinin rəhbərlərinə, eləcə də sahə rəisləri və qazanxana əməliyyatçılarına təlimat göndərilib. Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması üçün tam hazır vəziyyətə gətirilib.
Vətəndaşlar yaranan problemlə bağlı "Azəristiliktəchizat"ın 956 - "Çağrı Mərkəzi"nə və ya cəmiyyətin rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərlər.