Jurnalistlər üçün ən təhlükəli ölkələr - Hesabat

Jurnalistlər üçün ən təhlükəli ölkələr - Hesabat

Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) dərc etdiyi araşdırmaya əsasən, son 20 ildə dünyada 1700-ə yaxın jurnalist öldürülüb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hesabata görə, İraq və Suriya jurnalistlər üçün ən təhlükəli ölkələr adlandırılıb.

 

Bu ölkələrdə son 20 ildə ümumilikdə 578 jurnalist öldürülüb, bu da dünya üzrə ümumi sayın üçdə birindən çoxunu təşkil edir. Bu ölkələrdən sonra siyahıda Meksika (125 nəfər), Filippin (107), Pakistan (93), Əfqanıstan (81) və Somali (78) yer alır.

 

Hesabatda həmçinin qeyd olunub ki, media ölümlərinin 80 faizi 15 ölkədə baş verib.

 

“Ən qaranlıq illər” 2012 və 2013-cü illər olub, bu da böyük ölçüdə Suriyadakı müharibə ilə əlaqədardır. Hesabatda deyilir ki, 2012-ci ildə 144, bir il sonra isə 142 qətl hadisəsi baş verib.

 

Fevralın 24-də Rusiyanın ölkəyə genişmiqyaslı müdaxiləsindən sonra Ukraynada səkkiz jurnalist öldürülüb. Ukrayna son 20 ildə 25 jurnalistin öldürüldüyü Rusiyadan sonra Avropada media üçün ən təhlükəli ölkə hesab edilib.

 

Bu il ümulikdə 58 jurnalist öz işlərini yerinə yetirərkən öldürülüb.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...