Türkiyə yeni əməliyyata BAŞLAYACAQ:  “Yanvarın ilk həftələrində...”

Türkiyə yeni əməliyyata BAŞLAYACAQ:  “Yanvarın ilk həftələrində...”

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ötən gün Moskvada rusiyalı həmkarı Sergey Şoyqu və suriyalı həmkarı Əli Abdullah Əyyubla müzakirə etdiyi mövzuları açıqlayıb.

O, bildirib ki, tərəflər Suriyadakı son durumla bağlı fikir mübadiləsi aparıblar. Akarın sözlərinə görə, üçtərəfli görüşdə Suriya və regiondakı durumun ən qısa müddətdə müsbət istiqamətdə inkişaf etməsi, sülhün, sabitliyin təmin olunması üçün hansı addımların atılmasının lazım olduğu müzakirə edilib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Türkiyənin Suriya və İraqda quru əməliyyatlarına başlaması Rusiyanın maraqlarına uyğun deyil:

 

“Əksinə, Moskva bundan narahatdır. Çünki ehtimal edilən quru əməliyyatları Rusiyanın ərazidəki mövqelərinə zərbə ola bilər.   Türkiyənin əsas narahatlığı isə terror təhlükəsi ilə bağlıdır. Deməli, terrorçular ya Rusiya və Suriyanın birgə səyləri ilə regiondan çıxarılmalı, ya da Türkiyə quru əməliyyatlarına başlamalıdır. Əslində indiki məqamda Moskva Ankaranın maraqlarını görməzdən gələ bilməz. Birincisi, ona görə ki, Ukrayna ilə davam edən müharibədə Türkiyə neytral mövqe sərgiləyən, Rusiyaya təzyiq göstərməyən, sanksiyalara qoşulmayan nadir Avropa, yeganə NATO dövlətidir. İkincisi, tərəflərin mövqeləri bir sıra regionlarda, o cümlədən Cənubi Qafqazda da toqquşur. Əgər Moskva Ankaranın təhlükəsizliklə bağlı qayğılarına nəzərə almasa, bu, gələcəkdə ikitərəfli münasibətlərə zərbə vura bilər. Ehtimal olunan quru əməliyyatını Suriya özü də istəmir. Sözsüz ki, quru əməliyyatları hava əməliyyatlarından daha ciddi nəticələrə səbəb olacaq. Mehmetçik isə çoxdan özünü təsdiqləyib...”.

 

Ekspert qeyd edib ki,  terrorçuların tamamilə Suriya və İraqdan çıxması da ağlabatan görünmür:

 

“Müxtəlif Qərb dövlətləri, o cümlədən ABŞ həmin terrroçular vasitəsilə Türkiyəyə təzyiq göstərməyə çalışırlar. Zaman-zaman Suriyadan keçmək istəyən, hətta qardaş ölkədə partlayış törədən terrorçuların Qərbdən idarə olunması təsdiqlənib. Bu mənada anti-terror əməliyyatı keçirilmədən Suriya və İraqın terrorçulardan “təmizlənəcəyi” ağlabatan deyil.  Akar, həmçinin bildirib ki, qarşıdakı günlərdə həyata keçiriləcək addımlar Suriyada sülhün və sabitliyin təmin olunmasına ciddi töhfə verə bilər. Qarşıdakı günlərdə tərəflər arasında telefon əlaqələri baş tuta bilər. Amma, çox güman ki, 2023-cü ilin ilk həftələrində Türkiyə Suriya və İraqda yeni əməliyyata başlayacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...