Bərbərinin telefonunu oğurlayan şəxs cəzalandırıldı
Kriminal
12:05 / 30.12.2022
10666
Bərbərinin “İphone 13 pro” markalı telefonunu oğurlayan 20 yaşlı gənc cəzalandırılıb.
Sfera.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Eltun Babayev barəsində 2000 manat məbləğində cərimə cazası təyin edilib.
Məlum olub ki, Eltun “İphone 13 pro” markalı telefonunu oğurlamaq məqsədi ilə Xanlarla dostluq edib. Bərbərxanada olarkən Eltun Xanların məşğul olmasından istifadə edərək telefonu oğurlayıb və oradan uzaqlaşıb. Daha sonra telefonu 1700 manata satıb.
Nəzrin