Odunla qızınmaq milyonları necə “yandırır”? – “Meşələrin qorunması gücləndirilməlidir”

Odunla qızınmaq milyonları necə “yandırır”? – “Meşələrin qorunması gücləndirilməlidir”

Azərbaycanın bir sıra rayonlarında istiliyin əldə edilməsi üçün hələ də odundan istifadə olunur. Təəssüf ki, bəzi dövlət qurumları hələ də yanacaq kimi odundan istifadəyə görə böyük məbləğdə vəsait ayırır.

 Bəs, odundan yanacaq kimi istifadənin məhdudlaşdırılması üçün hansı əlavə tədbirlər görülməlidir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, həqiqətən də bu gün rayonlarda, xüsusən kəndlərimizdə məktəblərin xeyli hissəsi odunla qızdırılır:

 

Bəhruz Məhərrəmov: Bakı-Daşkənd əməkdaşlığı Türk dünyasını tranzit habına,  kommunikasiya arteriyasına çevirəcək - AZƏRTAC

“İddia edə bilmərik ki, məktəblərin qızdırılması üçün ağaclar qırılır, yaşıllıq məhv edilir, çünki bu proses Elm və Təhsil Nazirliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, meşələrdən quru ağacları toplamaq hesabına təmin edilir. Amma əgər əks faktlar varsa, mən jurnalistləri də, ictimai fəalları da məsələni dərhal ictimailəşdirərək mövzuya diqqət çəkməyə çağırıram.

 

Biz yaxın 10 il üzrə milli prioritetlərimizdən biri kimi təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olmağı hədəfləmişik. Yüksək keyfiyyətli ekoloji mühit üçün isə Prezident məqsəd qoyub ki, gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ biləcək risklər azaldılmalı və bu məqsədlə ölkədə ümumi ərazidə yaşıllıqların payı artırılmalıdır. O ki qaldı, indi kənd məktəblərində qaz yox, odundan istifadəyə, düzü hazırkı qazlaşdırma səviyyəsində bu, absurd görünür. Məsələn, təmsil etdiyim 66 saylı dairə üzrə götürək - yeni məhəllələri çıxsaq, Biləsuvar demək olar ki, 100% qazlaşdırılıb, amma kənd məktəblərimizdə hələ də odun yandırılır. Bu izafi yük, əlavə əmək, üstəlik keyfiyyətsiz qızıdırılmadır, odun sobası ancaq qızdıra bilsə sinif otağını qızdırır, məktəb dəhlizlərini yox”.

 

Deputat qeyd edib ki, kənddə qaz varsa, bu qazın məktəbə çəkilməsi problem olmamalıdır:

 

“Əks halda, ictimai rəy bu məsələdə müəyyən maraqların olması ehtimallarına köklənəcək. Şəxsən məndə nazirliyin  hansısa yüksək vəzifəli şəxsinin bu prosesdə müəyyən maraqları olması barədə səhih məlumat yoxdur, amma haqlı narazılıqdan doğan ictimai rəylə hesablaşmaq lazımdır. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi bu barədə düşünməlidir”.

 

Digər müsahibimiz deputat Vüqar Bayramov deyib ki, istiliyin əldə edilməsində odundan istifadənin məhdudlaşdırılması vacibdir:

 

Vüqar Bayramov: “Dövlət Proqramı qayıdış prosesinin daha da sürətlənməsinə  şərait yaradacaq”

“Bu istiqamətdə də bir sıra addımlar atılır. Bir tərəfdən inzibati olaraq meşələrin qorunması daha da gücləndirilib, digər tərəfdən isə mavi qaz təminatının şəbəkəsinin genişləndirilməsi fonunda istiliyin əldə edilməsində oduna olan tələbin azalmasını müşahidə edirik. Əvvəla, odundan istifadənin azaldılması, yaşıl enerjidən daha çox istifadə edilməsi üçün inzibati tədbirlərin davam etdirilməsi vacibdir. Xüsusən meşələrin qorunması, ağacların kəsilməsinin qarşısının alınması ilə bağlı mübarizənin gücləndirilməsi olduqca əhəmiyyətlidir. Digər vacib məsələlərdən biri alternativ mənbələrdən daha çox enerjinin əldə edilməsi ilə bağlıdır”.

 

V.Bayramovun sözlərinə görə, Azərbaycanda günəş və külək enerjisinin kifayət qədər böyük potensialı var, bundan istifadə edilməsi həm də oduna olan tələbin azalmasına gətirib çıxara bilər:

 

“Nəzərə alsaq ki, odundan istifadə etmək üçün daha çox ucqar, dağ rayonlarına müraciət edilir və həmin bölgələrin özünün də alternativ enerjidən, eləcə də hidro mənbələrdən enerji əldə edilməsi imkanları var, ona görə məhz ailələrin fərdi alternativ enerji şəbəkəsinin qurulması məqsədəuyğun olardı. Bir sıra inkişaf etmiş ölkələrdə fərdi və ya ailəvi alternativ mənbələrdən əldə edilən enerjinin bir qismi hətta ümumi şəbəkəyə inteqrasiya olunur. Azərbaycanda da oxşar modelin qurulması, oduna olan tələbin azalmasına gətirib çıxara bilər.Birmənalı şəkildə bu gün qazlaşdırılmanın genişləndirilməsi ilə yanaşı, odundan istifadənin minimumlaşdırılması üçün əsas prioritet məsələ həm də alternativ mənbələrdən daha çox enerjinin əldə edilməsi olmasıdır”.

 

Günay Rəsulqızı

 

Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 

Mövzu: ekologiya və ətraf mühitin mühafizəsi

 

 


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...