Pelenin ölümünə görə 3 günlük matəm elan olundu
Dünya
10:42 / 30.12.2022
9073
Braziliya hökuməti əfsanəvi Pelenin ölümü ilə əlaqədar ölkədə matəm elan edib.
Sfera.az xəbər verir ki, məlumatı ölkə hökumətinin saytı yayıb. Matəmin dekabrın 31-dək davam edəcəyi bildirilib. “Keçmiş futbolçu Pele, Edson Arantis do Nasimentonun vəfatı ilə əlaqədar fərmanın dərc edildiyi gündən etibarən bütün ölkə ərazisində üç gün müddətinə rəsmi matəm elan edilib”, - deyə sərəncamda qeyd olunub.
82 yaşlı futbolçunun ölümünü dünən qızı Kelli Kristina Nasimento açıqlayıb. Xatırladaq ki, Pele noyabrın 30-da xəstəxanaya aparılıb. 82 yaşlı braziliyalıya bədənin ümumi şişməsi, ürək çatışmazlığı və huşun itirilməsi diaqnozu qoyulub.
İnci