Partlatmaqdan doymadığımız uşaqlığımızın “Poppy it”i tarixə qovuşur
Bubble neylon”, “pint neylon”, “bubble wrap” - adına nə istəyirsiniz deyin, bir çoxumuzun uşaqlığının “Poppy it”i. Önəmli olan adı deyil, onun verdiyi mənasız həzz idi. İndi də bu gözəl zövqü əlimizdən almağa qərar veriblər.
Sfera.az bildirir ki, “Bubble Wrap” kimi tanınan və bu adla markalanmış hava qabarcıqlı qablaşdırma materialı tarixə çevrilmək üzrədir. Bu ecazkar ixtiranın arxasında duran “Sealed Air” şirkəti hava qabarcıqları olmayan yeni qablaşdırma dizaynı hazırlayıb, yəni artıq bu bağlamalar partlamayacaq. Bizim adət etdiyimiz ardıcıl şar dizaynını dəyişdirərək, şirkət həmin qabarcıqları daha düz və inteqrasiya olunmuş şəkildə yenidən dizayn edir. Şirkətin belə “qəddar” qərar qəbul etməsinə səbəb yeni dizaynın məhsulların saxlanmasını və göndərilməsini asanlaşdırmasıdır.
Aldadılmış və tərk edilmiş hiss edirsinizsə, tək deyilsiniz. Minlərlə şar həvəskarı sosial şəbəkələrdə “Bubble Wrap” başlığı ilə kədərlərini paylaşıb. Evinizdə bu əsrin ixtirasının qalıqları varsa, onu pis günlər üçün partlatmaq üçün saxlamağınızı tövsiyə edirik. Bəlkə də, bir müddət sonra antik əşya kimi sata da bilərsiniz.
Aynil