Tarixin məşhur “Mauqli”ləri - ADLAR

Tarixin məşhur “Mauqli”ləri - ADLAR

Əfsanəyə görə, Roma şəhərinin əsasını şahzadənin oğulları kimi doğulan, lakin körpə ikən cəngəllikdə tərk edilmiş əkizlər: Romul və Remus qoyub. Əkizlər çoban tərəfindən övladlığa götürülənə qədər, onları əmizdirən və bəsləyən dişi canavar və ağacdələn köməyi ilə sağ qalıblar. Romul və Remusun hekayələri çox güman ki, əfsanədir, lakin tarix meşədə tək qalan, dil və sosial həyatdan çox şey bilməyən uşaqların hekayələri ilə doludur.

Sfera.az bu yazıda sizə Kral Corcun sarayında ev heyvanı kimi saxlanılan vəhşi uşaqdan canavarların böyütdüyü hindliyə qədər tarixin ən məşhur “Mauqli”ləri haqqında təəccüblü və bir az da faciəli hekayələri təqdim edir.

 

John of Liege

Açıklama yok.

İlk vəhşi uşaq hekayələrindən biri gəncliyini Belçika meşələrində tək keçirmiş "John of Liège"nin hekayəsidir. Ser Kenelm Digby 1644-cü ildə özünün qeyd etdiyi kimi, Con beş yaşında olarkən dini müharibələr zamanı düşmən əsgərlərindən qaçmaq üçün meşəyə sığınıb. Təhlükə aradan qalxdıqdan sonra ailəsi və kəndin qalan hissəsi kəndə qayıtsa da, Con çox qorxduğu üçün gizləndiyi yerdən çıxmayıb. 16 il meşənin dərinliklərində tək yaşayıb, bitki kökləri və yabanı meyvələr ilə qidalanıb. 21 yaşında Con yerli fermadan yemək oğurlamaq istəyərkən tutulub və cəmiyyətə qaytarılıb. Onun tapıldığı zaman çılpaq, hər yeri tüklərlə örtülmüş olduğu və dil danışmağı az qala unutduğu deyilir. Ən təəccüblüsü odur ki, illərlə meşədə yaşamaq ona it kimi qoxu hissi formalaşdırıb. Uzaq məsafələrdən yeməyin qoxusunu ala bilib. Diqbinin şəhadətinə görə, Con nəhayət yenidən danışmağa başlayıb, eyni zamanda vəhşi təbiətdə güclənmiş hissləri sivilizasiyaya qayıtdıqdan sonra yenidən sönükləşib.


Vəhşi uşaq Peter

Açıklama yok.

1725-ci ilin yayında Almaniyanın şimalındakı meşədə çılpaq, danışa bilməyən yeniyetmə oğlan tapılıb. Uşağı ingilis kralı I Corcun hüzuruna gətirəndə kral onu bəyənib sarayına aparıb və adını “Piter” qoyub. Oğlan Londonun əyləncəsinə çevrilib, kral qonaqlarını əyləndirmək üçün şənliklərdə nümayiş etdirilib. Əyanlar dördayaq üstə qaçan vəhşi oğlana maraqla baxır, onun yemək mədəniyyətindən xəbərsizliyinə, insanların cibindən əşya oğurlamasına, saray qadınlarını öpməyə meylinə gülürdülər. Peteri sivilizasiya etmək cəhdləri uğursuz olub - o, heç vaxt danışmağı öyrənməyib, yerdə yatmağa üstünlük verib. Nəhayət kəndə göndərilib və 1785-ci ildə ölümünə qədər orada yaşayıb. Daniel Defo və Conatan Svift kimi insanlar tərəfindən şərhlər və fərziyyələr irəli sürülüb, lakin Peterin meşədə necə yaşamağa başladığı heç vaxt aydınlaşdırılmayıb. Bəzi tədqiqatçılar Peterin Pitt-Hopkins sindromu olduğu üçün ailəsi tərəfindən tərk edilmiş ola biləcəyini qeyd edir. Bu nadir nevroloji inkişaf pozğunluğu öyrənmə geriliyinə səbəb olur və xəstənin nitq qabiliyyəti inkişaf etmir.
 

Marie-Angelique Memmie Le Blanc

Açıklama yok.
 

1731-ci ildə Fransanın Songy kəndində əlində taxta çubuq olan vəhşi gənc qız peyda olur. "Şampanın Vəhşi Qız"ın cırıq-curuq paltar geyinib, heyvan dərisinə büründüyü və müxtəlif mənbələrə görə 10-18 yaşları arasında olduğu bildirilir. O, cüssəsinə görə olduqca güclüdür, bir dəfə çubuqla gözətçi iti öldürür. Kəndlilər sonda onu meşədən çıxarmağa razı sala bilib. Lakin onun heyvan səsi çıxarıb qışqırması, çiy yemək yeməyə üstünlük verməsi, ovladığı heyvanların dərisini bir anda soyub dişləməsi kənd sakinlərini olduqca heyrətləndirib. Vəhşi qız zaman keçdikcə fransızca danışmağı öyrənib, daha mədəniləşib və Marie-Angélique Memmie Le Blanc kimi vəftiz olunaraq (xristian dini ayinlərinə əsasən) monastıra göndərilib. 1765-ci ilə qədər onun keçmişi haqqında çox məlumat əldə edilməmişdi. 1765-ci ildə müsahibə zamanı Memmie qaçırıldığını və qul kimi Avropaya gətirildiyini, oradan qaçaraq meşədə gizləndiyini bildirib. Memminin əvvəlcə Inuit olduğu düşünülsə də, yalnız son araşdırmalar göstərir ki, o, çox güman indiki Viskonsin ştatında anadan olan Meskvaki hindisidir.


Aveyronlu Viktor

 

Açıklama yok.

Viktorun sirli hekayəsi 1800-cü ildə başlayır (bu barədə ayrıca yazı verilib Sfera.az-da. “Aveyronun vəhşi oğlanı”) Fransanın Aveyron bölgəsində 12 yaşlı uşaq meşədə gəzərkən tapılıb. Oğlan tapılarkən çılpaq olub, danışa bilməyib. Üzərindəki çapıqlar onun çox gənc yaşlarından vəhşi həyat sürdüyünü göstərib. O, yuyulmaqdan və toxunmaqdan qəti şəkildə imtina edir, insanlarla təmasda olmur, tez-tez şiddət xarakterli reaksiyalar verir.


İllərlə tək yaşamaq seçmə eşitmə hissini çox inkişaf etdirib. Uşaq düz başının yanında partlayan tüfəngin səsinə əhəmiyyət vermədiyi halda, ən çox sevdiyi yeməklərdən olan qozanın çatlama səsinə dərhal reaksiya verir. Fransa rəsmiləri uşağın əqli inkişafının ləngidiyini desələr də, karlar məktəbinin məsləhətçisi Jean-Marc Gaspard Itard ona dil öyrətməyin mümkün olacağını düşünürdü. Itard uşağa "Viktor" adını verib və onunla işləyirdi. Bir neçə ildən sonra ona çimmək, paltar geyindirmək və hətta empatiya nümayiş etdirmək istəyib. Bununla belə, dil məsələsinin uşağın imkanlarından çox kənarda olduğu anlaşılıb. Itard Viktora suallar və əmrlərdən ibarət bəzi sadə cümlələri başa düşməyə kömək edib, lakin vəhşi oğlan 40 yaşında ölənə qədər bütöv bir cümlə qura bilməyib. İnsanlara yavaş-yavaş öyrəşən Viktor baxıcısının həyat yoldaşının vəfat etdiyini anlayanda ağlaması isə onun empatiya və digər insani hisslərinin artıq formalaşdığını göstərib.


Kaspar Hauzer

Açıklama yok.


26 may 1828-ci ildə Almaniyanın Nürnberq şəhərində bir yeniyetmə oğlan olduqca inanılmaz bir hekayə ilə ortaya çıxıb. Özünü “Kaspar Hauzer” kimi təqdim edən gənc son 13 ilini kiçik bir otaqda həbsdə keçirdiyini, yanında yalnız taxta oyuncaqlar olduğunu, sirli bir adamın ona hər gün su və yemək gətirdiyini bildirib. Uşağın üzərində 2 şifrəli qeyd var idi. Qeydlərdə onu əsir götürən şəxsin gənc uşağı erkən yaşda aldığı, heç vaxt evdən çıxmasına icazə verilmədiyi, hazırda hərbi xidmətini yerinə yetirmək üçün azadlığa buraxıldığı bildirilir. Hauzerin qorxunc nağılı ona Avropada dərhal və sürətlə şöhrət qazandırıb. Uşağın bəzi xüsusiyyətləri heyrətləndirici idi - onun müstəsna gecə görmə qabiliyyətinə malik olduğu deyilirdi. Bundan başqa o, yeni təcrübələr qazandıqca tez-tez huşunu itirirdi. Lakin bəzi insanlar da onun hekayəsinin uydurma olduğundan şübhə edirdilər. Oğlanın dil danışmağı və oxumağı çox asan öyrəndiyini, ömrünün çox hissəsini qaranlıqda keçirən biri üçün dərisinin solğun olmadığını iddia edirdilər. 1833-cü ildə Hauzer müəmmalı şəkildə bıçaq yarasından, çox güman ki, özünə yetirdiyi xəsarətlərdən öləndə isə işlər daha da qəribələşdi. Onun haradan gəldiyi ilə bağlı onlarla nəzəriyyə yayılıb, o cümlədən onun kral nəslindən olduğuna, taxt-taca qarşı çıxmaması üçün həbsə atıldığına dair sui-qəsd nəzəriyyələri dolaşırdı. Hətta bu gün də Kaspar Hauzerin əsl vəhşi oğlan, yoxsa fırıldaqçı adam olması dəqiq bilinmir.


Dina Saniçar

Açıklama yok.

1867-ci ildə tapılan Dina Saniçar "Qurd Uşağı" kimi də tanınır. Hindistanın Bulandşəhr bölgəsindəki ovçular əvvəlcə mağarada vəhşi heyvanın yaşadığını düşünüblər, lakin məxluqu gizləndiyi yerdən çıxarmağa müvəffəq olduqdan sonra onun əslində cəmi 6 yaşlı uşaq olduğunu görüb təəccübləniblər. Bu oğlan uşağı görünür, həyatının çox hissəsini vəhşi təbiətdə keçirmişdi. Canavarlarla birlikdə, əlləri və ayaqları üzərində gəzərək sağ qala bildiyi düşünülürdü. Ovçular uşağı Aqradakı Sikandra Missioner Uşaq Evinə gətiriblər. Orada uşağa Dina Saniçar adı verilib və bir neçə il missionerlər onu islah etməyə çalışıblar. Ancaq vəhşi təbiətdə keçirdiyi illər "Wolf Boy"a çox ziyan vurub. Saniçar 1895-ci ildə ölənə qədər danışmağı öyrənə bilməyib, sümükləri gəmirməyə və bişmiş yeməkdənsə, çiy heyvan ətini yeməyə üstünlük verib. Rudyard Kiplinqin bu hekayədən ilhamlanaraq "Meşə oğlanı" hekayəsindəki "Mauqli" obrazını yaratdığı iddia edilib.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

"Silahlarımız tam döyüş hazırlığındadır" - Lavrov

"Rusiya heç bir nüvə müharibəsi istəmir və hesab edir ki, “qırmızı düymə”nin nə vaxt basılması ilə bağlı söhbətlər yersizdir".   ...

Ən ağır cəza Hikmət Həsənovun köməkçisinə TƏLƏB EDİLDİ

“Tərtər işi” üzrə mühakimə edilən sonuncu dəstənin də məhkəmə istintaqı tamamlanıb.   Sfera.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin ha...

ABŞ yeni yardım paketi ilə Ukraynaya F-16 raketlərini göndərə bilər

ABŞ Ukraynaya yeni hərbi yardım paketinə F-16 qırıcıları üçün orta mənzilli raketlərin daxil edilməsi imkanını dəyərləndirir.   Sfera.az xəbər verir ...

KİV: "ABŞ Alyaskaya əlavə qüvvələr cəmləyir"

Rusiya və Çinin regionda fəallığının artması fonunda ABŞ hakimiyyəti Alyaskaya əlavə qüvvələr göndərir.   Sfera.az xəbər verir ki, bu barədə Amerikan...

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat AŞKARLANDI

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir Bu barədə Sfera.az-a Daxili İşlər...

Göygöldə ikimərtəbəli evdə yanğın oldu

Göygöldə ikimərtəbəli evdə yanğın olub.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Bildirilib ki, rayonunun ...