Bayram yaxınlaşır - Alimlər bunun insanların arıqlamasına mane olduğunu bildirdi

Bayram yaxınlaşır - Alimlər bunun insanların arıqlamasına mane olduğunu bildirdi

Yeni il və eləcə də digər əlamətdar günlər, bir qayda olaraq, təkcə əyləncəni, ziyafəti deyil, həm də bayram günlərinin sonunda tərəzidə bir neçə kiloqram əlavə çəkini də özü ilə bərabər gətirir.
 

Nəticədə, bayramlardan sonra insanların bəziləri ciddi pəhrizlərə gedir, bəziləri isə adi balanslaşdırılmış qidalanma rejiminə qayıtmağa çalışır. Ancaq nəticəni görmək həmişə mümkün olmur.

 

Sfera.az bildirir ki, bir neçə əlavə çəkidən qurtulmağın bəzən bizim üçün belə çətin olmasının səbəblərindən birini aşkar ediblər.
 

Yeni bir araşdırma göstərir ki, bəzi şəxsiyyət xüsusiyyətlərimiz ya arıqlamağa kömək edə, ya da əksinə, prosesi çətinləşdirə bilər. Ümumilikdə tədqiqatda yüzdən çox obez insan iştirak edib.
 

Tədqiqat zamanı onlara kombinə edilmiş məsləhətlər, həmçinin pəhriz terapiyası və məşq terapiyası verilmişdir. Nəticələr göstərib ki, bütün çəki alan insanlar proqrama eyni şəkildə cavab vermir və onların nəticələri də şəxsiyyət tipindən asılıdır.
 

Məsələn, altı aylıq səyahətin əvvəlində optimist olan tədqiqat iştirakçıları arıqlamaqda çətinlik çəkiblər. Eyni zamanda, müvəffəqiyyətlə əlavə çəki itirən insanlar, əksinə, təcrübənin əvvəlində kifayət qədər pessimist olsalar da, tədqiqat zamanı daha optimist olublar.
 

Bundan əlavə, alimlər arıqlamaq üçün başqa bir açarın özünü dərk etmək olduğunu müəyyən ediblər. Yəni insanlar qida qəbulunun necə işlədiyini bilməli, hansı dəyişikliklərin baş verdiyi və necə əldə edildiyi barədə məlumat toplamalıdırlar.
 

Təcrübənin sonunda alimlər arıqlamağa kömək edəcək bir neçə qayda hazırlayıblar:


• kilo itkisinə uşaq nikbinliyi ilə yanaşmamaq;
•öz effektivliyinizi artırmaq;
•özünə nəzarət üzərində işləmək;
•psixoloji stressi azaltmaq.
 

Tədqiqatçılar hesab edirlər ki, faktlara aydın nəzər salan və alternativləri nəzərdən keçirən insanların arıqlamaq istəyərkən nəticə əldə etmə ehtimalı daha yüksəkdir.


Aynil

 


OXŞAR XƏBƏRLƏR

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...