Rasim Məmmədovun məhkəməsində Ramiz Mehdiyevə şok - Bu əmlakı MÜSADİRƏ OLUNDU

Rasim Məmmədovun məhkəməsində Ramiz Mehdiyevə şok - Bu əmlakı MÜSADİRƏ OLUNDU

“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı üzərinə həbs qoyulmuş 70 milyonluq əmlaklar müsadirə olunub.

 

Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova- Məmmədovanın sədrliyi keçirilən iclasda elan olunmuş hökmdə qeyd olunub.

 

Həmin əmlaklara Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbi, Sumqayıt şəhərində yerləşən bir şirkət, bir neçə fərdi yaşayış və bağ evləri daxildir.

 

Sfera.az xatırladır ki, Bakı Oksford Məktəbinin Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə məxsus olması haqda iddialar var. Bu baxımdan Rasim Məmmədovun  sözügedən məktəblə bağlı məhkəmədə verdiyi ifadə də bu iddiaların həqiqiliyini təsdiqləyirdi. Bununla bağlı onun vəkili Elçin Sadıqov mətbuata açıqlamasında belə demişdi: “Hakim bu barədə sənədləri elan edəndə Rasim Məmmədov deyib ki,  onlar məktəbin yeganə sahibi deyil. Məktəbin 50 faizi  başqasınındır”.

 

Qeyd edək ki, Rasim Məmmədov külli miqdarda mənimsəmə israfetmə , yalan sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat təşkil edib.


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...