İlham Əliyev 2022-ci ildə hansı ölkələrə səfər edib, kimlərlə görüşüb? – XRONOLOGİYA

İlham Əliyev 2022-ci ildə hansı ölkələrə səfər edib, kimlərlə görüşüb? – XRONOLOGİYA

Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ildəki faəliyyəti kifayət qədər zəngin olub. Geridə qalmaqda olan il ərzində dövlət başçısı xarici ölkələrə çoxsaylı səfərlər edib, rayon və şəhərlərimizdə görülən işlərlə yerindəcə tanış olub, müxtəlif yerli və beynəlxalq tədbirlərə qatılıb, mühüm siyasi, sosial və təhlükəsizliklə bağlı müzakirələr aparıb.

Sfera.az bildirir ki, Prezidentin birillik fəaliyyətini, gördüyü işləri xarici və daxili iqtiqamət üzrə 2 böyük qrupa ayırmaq olar. 2022-ci ildə hər bir istiqamət üzrə fəaliyyət olduqca məhsuldarlığı ilə yadda qalıb və faydalı keçib. 

 

Prezident İlham Əliyev bu il ilk xarici səfərini Ukraynaya edib, burada Prezident Volodimir Zelenski ilə görüş keçirib, sənədlər imzalanıb.

 

Dövlət başçısının ikinci xarici səfəri fevralda Rusiyaya olub. Fevralın 21-də baş tutan səfər Prezident Vladimir Putinin dəvəti əsasında həyata keçirilib. Bu səfər zamanı fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanıb.

 

İlham Əliyev martın 10-da Türkiyədə işgüzar səfərdə olub, aprelin 6-da isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gəlib. Dövlət başçısı burada Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan ilə işçi nahar formasında görüş keçirib.

 

Prezident İlham Əliyev Şarl Mişelin dəvəti ilə mayın 22-də yenidən Belçika Krallığına səfər edərək baş nazir Nikol Paşinyan ilə üçtərəfli formatda görüş keçirib.

 

İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel birgə işçi  nahar ediblər » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İyunun 21-də İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib. Özbəkistanda ölkənin Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub. İmzalanan sənədlər arasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” xüsusilə əhəmiyyətli olub.

 

Bu səfərdən qısa müddət sonra iyunun 29-da Prezident Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfərə gəlib.

 

İlham Əliyev Aşqabadda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, İran Prezidenti Seyid İbrahim Rəisi və daha sonra Rusiya Prezidenti Vladimir Putin ilə görüş keçirib.

 

İlham Əliyevin və Prezident Vladimir Putinin görüşü olub » Azərbaycan  Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycanın dövlət başçısı avqustun 9-da Türkiyənin Konya şəhərinə gəlib. İlham Əliyev burada V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edib.

 

Prezident 2022-ci ildə Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsselə üçüncü dəfə səfər edib. Avqustun 31-də baş tutan işgüzar səfər zamanı İlham Əliyev Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüş keçirib.

 

Bu görüşdən sonra həmin gün İlham Əliyev Romaya işgüzar səfərə gəlib. Dövlət başçısı Romada Italiyanın baş naziri və prezidenti ilə görüşüb. Sentyabrın 2-də isə İtaliyanın Çernobbio şəhərində “The European House - Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumuna qatılıb.

 

İlham Əliyev sözügedən tədbirdə İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House - Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edib.

 

İlham Əliyev İtaliya prezidenti ilə görüşdü: 4 sənəd imzalandı

Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib. Dövlət başçısı bu tədbirdə iştirak etmək üçün sentyabrın 15-də Özbəkistana səfərə gəlib. İlham Əliyev Səmərqənddə Pakistan Baş naziri Şahbaz Şərif, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Rusiya Prezidenti Vladimir Putin ilə görüşüb.

 

Sentyabrda Prezident Bolqarıstana rəsmi səfərə gəlib. Ayın 30-da baş tutan səfər zamanı Prezident Rumen Radevlə müzakirələr aparılıb.

 

Bir gün sonra isə İlham Əliyev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi çərçivəsində Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke ilə ayrı-ayrılıqda görüşüb.

 

Ilham Aliyev and President of Bulgaria Rumen Radev held one-on-one meeting  » Official web-site of President of Azerbaijan Republic

Oktyabrın 1-də Bolqarıstan paytaxtı Sofiya şəhərində IGB-nin açılış mərasimi keçirilib.

 

Oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısının açılış plenar iclası keçirilib. Prezident İlham Əliyev iclasda iştirak edib.

 

Həmin gün İlham Əliyevin Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüş keçirib. Günün ikinci yarısında bu heyətdə növbəti dəfə görüş təşkil edilib.

 

Qeyd edək ki, 2022-ci ildə Avropa İttifaqının təşəbbüsü ilə ümumilikdə 6 görüş olub. Bu görüşlərdən 5-i qarşılıqlı, biri isə onlayn şəkildə təşkil edilib. Onlayn görüş fevralın 4-də baş tutub.

 

Oktyabrın 7-də İlham Əliyev Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşünə qatılıb.

 

İlham Əliyev oktyabrın 11-də Qırğız Respublikasına dövlət səfərinə gəlib.

 

Oktyabrın 13-də isə Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclası keçirilib və İlham Əliyev bu tədbirdə iştirak edib. Həmin gün dövlət başçısı Pakistanın baş naziri, İranın prezidenti, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.

 

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın “Altın kıran” – “Qızıl  qartal” ali ordeni ilə təltif olunub YENİLƏNİB VİDEO - AZƏRTAC

Oktyabrın 14-də Astanada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib. İlham Əliyev bu iclasda da iştirak edib.

 

Oktyabrın 24-də İlham Əliyev Gürcüstana işgüzar səfərə gəlib.

 

Oktyabrın 31-də isə Azərbaycan Prezidenti Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gəlib. Soçidə Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin görüşü olub. Görüşün nəticəsi olaraq birgə Bəyanat imzalanıb.

 

Noyabrda İlham Əliyev yenidən Özbəkistana səfər edib. Dövlət başçısı noyabrın 11-də burada Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşünə qatılıb.

 

Azərbaycan Prezidenti noyabrın 15-də Albaniyaya, noyabrın 23-də isə Serbiyaya rəsmi səfərə gəlib.

 

Dekabrın 14-də İlham Əliyev Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə səfərə gəlib.

 

Əliyev Ərdoğana zəng vurdu

Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclas da keçirilib. Prezident İlham Əliyev plenar iclasda iştirak edib.

 

Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar.

 

İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər.

 

İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis ilə görüşü olub »  Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Dekabrın 26-da İlham Əliyev yenidən Rusiyaya gedib. Prezident Sankt-Peterburqda MDB dövlət başçılarının iclasına qatılıb.

 

Prezident İlham Əliyevin ölkədaxili səfərləri də zənginliyi ilə yadda qalıb.

 

Dövlət başçısı işğaldan azad edilən rayonlara bir neçə dəfə səfərə gedib. Prezident Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarına, Şuşa şəhərinə, Tərtər rayonunun Suqovuşan qəsəbəsinə, Kəlbəcər, Laçın rayonlarına səfər edib.

 

Prezident sentyabrın 21-də Laçın şəhərinə səfəri zamanı burada Azərbaycan Bayrağını ucaldıb.

 

Oktyarın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

 

Noyabrın 8-də isə İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində  olublar

Dövlət başçısı adıçəkilən rayon və şəhərlərdən başqa Gəncə və Sumqayıt şəhərlərinə, Ağcəbədi, Göygöl, Qobustan, İsmayıllı, Ağsu, Şəki, Oğuz və Şabran rayonlarına səfər edib.

 

2022-ci ildə Azərbaycanda Prezident İlham Əliyevin iştirakı ilə müxtəlif tədbirlər və mühüm görüşlər də keçirilib.

 

Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. İlham Əliyev Forumda iştirak edib.

 

Fevralda XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 30-cu ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü təşkil olunub. Prezident və birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər.

 

Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı keçirilib. Prezident İlham Əliyev Qurultaya qatılaraq burada geniş nitq söyləyib.

 

Mayın 28-də Bakıda ilk dəfə olaraq “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı təşkil olunub. Bu mühüm tədbirdə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.

 

Sentyabrın 13-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı Azərbaycan Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib.

 

Müşavirədə Ermənistanın sentyabrın 12-də Ermənistan-Azərbaycan sərhəddinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatı müzakirə edilib.

 

Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış edib.

 

Dekabrın 13-də İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması mərasiminə, dekabrın 23-də Bakı Metropoliteninin “Xocəsən” stansiyasının və “Xocəsən” elektrik deposunun açılışı tədbirlərinə qatılıb.

 

İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə də tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.

 

Azərbaycan Prezidentinin xarici səfərləri ilə yanaşı bir neçə ölkənin hökumət və dövlət başçılarının ölkəmizə işgüzar və rəsmi səfərləri də olub.

 

Martın 31-də İlham Əliyev Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Aprelin 14-də Albaniyanın Baş naziri Edi Rama Bakıya gəlib və İlham Əliyevlə görüşüb.

 

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 20-də Azərbaycana rəsmi səfərə gəlib. Səfər zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə” imzalanıb.

 

Mayın 18-də Litva Prezidenti Gitanas Nauseda Azərbaycana gələrək İlham Əliyevlə görüşüb.

 

İlham Əliyev iyunun 17-də ölkəmizdə işgüzar səfərdə olan Venesuela Bolivarın Prezidenti Nikolas Maduro ilə videokonfrans formatında görüşüb.

 

Görüşün videokonfrans formatında keçirilməsinə səbəb Venesuela nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.

 

İyulun 18-də dövlət başçısının Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü keçirilib. Həmin gün Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

 

İyulun 21-də Bolqarıstanın Baş naziri Kiril Petkov Azərbaycana gəlib.

 

Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıya rəsmi səfər edib. Bakıda Azərbaycan və Qazaxıstan arasında “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” imzalanıb.

 

Oktyabrın 10-da Moldovanın Baş naziri Nataliya Qavrilitsa, noyabrın 18-də Rusiya Hökumətinin sədri Mixail Mişustin də Azərbaycana səfər ediblər.

 

Azərbaycan gələn sonuncu dövlət başçısı isə Serbiya Prezidenti Aleksandar Vuçiç olub.

 

O, dekabrın 21-də Bakıya gəlib.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR