Ukrayna raketi Belarus ərazisinə düşdü

Ukrayna raketi Belarus ərazisinə düşdü

Ukraynaya məxsus S-300 kompleksinin raketi Belarus ərazisinə düşüb. 

 

Sfera.az bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

“Saat 10:00-dan 11:00-a qədər vaxt ərzində Belarus ərazisinə Ukraynaya məxsus S-300 raketinin düşməsi qeydə alınıb. Hadisə ilə bağlı dərhal respublika Prezidenti Aleksandr Lukaşenkoya məlumat verilib”.

 

Məlumata görə, baş verənlərlə bağlı iki versiya nəzərdən keçirilir: bu yaxınlarda Polşada baş verən insidentə bənzər hadisə və raketin respublikanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulması faktı.

 

Qeyd edək ki, noyabrın 15-də Polşanın şərqində, Ukrayna ilə sərhədə yaxın Prjewodow (Lublin Voyvodası) kəndinə raket düşüb, iki nəfər həlak olub. Polşa Prezidenti Anjey Duda bildirib ki, respublikanın səlahiyyətli orqanlarına görə, düşmüş raket Ukraynanın hava hücumundan müdafiə qüvvələrinə məxsusdur.

 

Türkan


OXŞAR XƏBƏRLƏR