Jurnalistlərlə mübahisə edən məşhur aktrisa: “Siz insan deyilsiniz” 

Jurnalistlərlə mübahisə edən məşhur aktrisa: “Siz insan deyilsiniz” 

Türkiyəli aktrisa Merve Boluğur yenə gündəm olub.

 

Sfera.az bildirir ki, aktrisa mətbuat mənsublarına sərt reaksiya verib.

 

Belə ki, o, ötən axşam 53 gündür evli olduğu Mert Aydınla görüntülənib. Aydınla bir məkandan çıxarkən jurnalistləri görən Boluğur hirslənərək müxbirlərdən biri ilə mübahisə edib.

 

Keçmiş həyat yoldaşı ilə görünmək istəməyən Boluğur dəfələrlə kameraların söndürülməsini tələb edib. “Gərginlik yaratmayın, xahiş edirəm. Görünmək istəmirəm. İnsanam mən, belə bir haqqım var. Sizdən vicdani bir şey iştəyirəm. Müsahibə vermək fikrim yoxdur. Amma sən insan deyilsən, qardaş deyilsən. Pis oluram axı”, deyə aktrisa jurnalistə söyləyib.

 

Bu görüntülər isə sosial mediada müzakirə obyektinə çevrilib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR