Putin Çin sədri ilə görüşəcək – Masada nələr var?

Putin Çin sədri ilə görüşəcək – Masada nələr var?

Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin videokonfrans vasitəsilə görüşəcək.

 

Sfera.az bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

 

O qeyd edib ki, sözügedən görüş dekabrın 30-da səhər saatlarında baş tutacaq: “Biz sabah səhər Moskvada keçiriləcək görüşə hazırlaşırıq. Bu, videokonfrans formatında olacaq. Salamlaşma prosesindən sonra söhbət bağlı qapılar arxasında davam edəcək. Çünki texnologiya və xüsusi əlaqə buna imkan verir. Ümumiyyətlə, danışıqlarda ilk növbədə Rusiya-Çin münasibətləri haqqında müzakirələr aparılacaq”.

 

Peskov həmçinin, iki ölkə arasında ticarət dövriyyəsinin sürətlə artdığını da vurğulayıb: “Təbii ki, ən kəskin regional problemlər haqqında fikir mübadiləsi aparmaq da vacibdir”.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR