“Silahların gəlməsini səbirsizliklə gözləyirik” – Ukrayna rəsmisi

“Silahların gəlməsini səbirsizliklə gözləyirik” – Ukrayna rəsmisi

“Rusiya ilə münaqişəyə fasilə vermək lazımdır”.

Sfera.az bildirir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov “BBC”yə açıqlamasında deyib. O, qeyd edib ki, bu, Qərb silahlarının yeni tədarükünü gözləmək üçün lazımdır.

 

“Vəziyyət birdən durğunlaşıb. Biz onları bütün sahələrdə kompleks şəkildə məğlub edə bilmərik. Onlar da həmçinin. Biz yeni silah tədarüklərini və daha təkmil silahların gəlməsini səbirsizliklə gözləyirik”, - deyə Budanov söyləyib.

 

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri bir çox sahələrdə irəliləmək üçün kifayət qədər resurslara malik deyil.

 

Qeyd edək ki, ABŞ gələn il Ukraynaya 47 milyard dollar dəyərində hərbi və humanitar yardım göndərməyi planlaşdırır. Vaşinqton həmçinin Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri tədarük etmək niyyətindədir. Zelenskinin ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç isə hesab edir ki, ABŞ 2023-cü ildən sonra ölkəni maliyyələşdirməyi dayandıracaq.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR