2022-ci ilin ən səs-küylü elmi kəşfləri - SİYAHI

2022-ci ilin ən səs-küylü elmi kəşfləri - SİYAHI

2022-ci ildə elm adamları qeyri-adi və fərqli kəşflərə imza atıb.

Sfera.az bu dəfə ilin ən yadda qalan araşdırmaları barədə məlumatı təqdim edir.

 

Donuzdan insan ürək transplantasiyası - 2022-ci ilin elmu kəşfləri ABŞ-ın Merilend Universitetinin Tibb Məktəbində donuzdan insana ürək transplantasiyası xəbəri ilə başlayıb. 57 yaşlı David Bennett geni dəyişdirilmiş donuz ürəyi transplantasiyası üçün könüllü olub. O, əməliyyatdan iki ay sonra orqan qəbulu yox, ürək çatışmazlığından dünyasını dəyişib.

 

30 min yaşı olan mamont - Kanadanın Yukon əyalətində qızıl mədənində çalışan işçilər demək olar ki, bütün bədəni bütöv halda 30 min illik mamont balası tapıblar. Mütəxəssislər mamontun Buz Dövründə donduğunu düşünürlər. Körpə mamont dünyada indiyə qədər kəşf edilmiş ən mükəmməl Buz Dövrü heyvanlarından birinə çevrilib.

 

Dünya müdafiə təlimi – Bu il alimlər asteroidi istiqamətləndirməyə müvəffəq olublar. İlk dəfədir ki, Yerdən göndərilən kosmik gəmi qəsdən asteroidlə toqquşub. DART adlı missiya ilə 11 milyon km uzaqlıqdakı asteroid saatda 24 km sürətlə irəliləyib. Sözügedən missiya dünya üçün təhlükə yarada biləcək asteroidlərə qarşı müdafiə mexanizmi yaratmaq məqsədi daşıyıb.

 

Ən qədim dinozavr - Afrikadakı ən qədim dinozavr Zimbabvedə aşkar edilib. Alimlər “Mbiresaurus raathi” adlanan dinozavrın 1,83 metr uzunluğunda və 29 kiloqram çəkidə olduğunu təxmin ediblər. Onun ən azı 230 milyon il əvvəl yaşadığı düşünülür.

 

Qara dəlik fotosu - Qalaktikamızın mərkəzində mövcud olan “Süd yolu canavarı” (Oxatan A) adlı qara dəliyin “Horizon” teleskopu vasitəsilə görüntüləri çəkilib. Qara dəlik Günəşin kütləsindən 4,3 milyon dəfə böyükdür. Yerdən təxminən 27.000 işıq ili uzaqlıqdadır.

 

Qanda mikroplastik - Mart ayında Hollandiya alimləri ilk dəfə olaraq insan qanında mikroplastiklərin də aşkar edildiyini açıqlayıblar. Aprel ayında ingilis alimləri insanlardan götürülmüş ağciyər toxumasında mikroplastiklərin tapıldığını bildiriblər.  Oktyabr ayında italyan mütəxəssislər ilk dəfə ana südündə mikroplastikləri müəyyən ediblər.

 

Alzheimer  xəstəliyi üçün qan testi - ABŞ-ın Pittsburq Universitetinin alimləri bir gün əvvəl Alzheimer diaqnozunu müəyyənləşdirə bilən bir qan testi hazırladıqlarını açıqlayıblar. Hazırlanmış qan testi 600 xəstə üzərində sınaqdan keçirilib. Bu, mövcud olan ənənəvi diaqnostik üsulların nəticələri ilə birbaşa mütənasib olan nəticə verib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Azersun Holdinqin prezidenti Abdolbari Gozal vəfat etdi

Tanınmış iş adamı, “Azərsun Holding”in prezidenti, “Qarabağ”ın fəxri prezidenti Abdolbari Gozal vəfat etdi. Sfera.az Yenicag.az-a ist...

Hökumə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs HƏBS EDİLDİ - FOTO

Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəs...

Kommunal işçilər küçədə 6000 avronu saxta hesab edərək zibilxanaya atdılar

Ukraynada kommunal xidmət işçiləri Sumı vilayətinin Şostka şəhərinin mərkəzi hissəsindən zibilləri təmizləyərkən içərisində Avropa valyutası olan bağlama aşkar ...

Ebru Gündeşin keçmiş əri Rza ZərrabEVLƏNDİ: Məşhurlar toya axın etdi - VİDEO

Ebru Gündeşin keçmiş əri, əslən cənubi azərbaycanlı olan iş adamı Rza Zərrab Mayamidə bir şirkətdə icraçı köməkçi işləyən Dilara Altıntopla ailə həyatı qurub. ...

Niyam Salaminin adı daha bir QALMAQALDA -Ona yarım milyon manat UDUZUB

Adı 21 800 manat dəyərində kömür məhsulunu mənimsəməkdə hallanan müğənni Niyam Salami 500 000 manat borcunu ödəyə bilmədiyi üçün keçmiş şəriki tərəfindən məhkəm...

İspaniyada kanatın qırılması nəticəsində 30 nəfər yaralanıb

İspaniyada kanatın qırılması nəticəsində onlarla insan yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə ölkənin Fransa ilə sərhədində Pireney dağ silsi...