"Albert Rıjıy" "Lotu Quli"nin qardaşının sifarişi ilə qətlə yetirilib - HÖKM OXUNDU

Azərbaycanlı “qanuni oğru” Əli Heydərovun (Albert Rıjıy) qətlində təqsirləndirilən Mətləb Sultanov Moskva Şəhər Məhkəməsinin hökmü ilə 16 il azadlıqdan məhrum edilib.

 

Sfera.az xəbər verir ki, ibtidai və məhkəmə istintaqı bu qənaətə gəlib ki, Mətləb Sultanov Albert Rıjını sifariş əsasında qətlə yetirib. Sifarişçi kimi isə şübhələr mərhum “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) qardaşı, hazırda ən nüfuzlu kriminalitetlərdən hesab edilən Namiq Səlifova (Namiq Bakinski)  yönəlib. İstintaqın bu qənaətə gəlməsininin səbəbi Əli Heydərovla Lotu Quli arasındakı konflikt olub. Onların maraqları Moskvadakı “Food Sity” Ticarət Mərkəzinə nəzarət uğrunda gedən mübarizədə toqquşub. Ümumiyyətlə, bu ticarət mərkəzi kriminal dünyada bir çox nüfuzlu “oğru”ları üz-üzə qoyub. Bu qarşıdurma nəticəsində Nadir Səlifov sui-qəsdə məruz qalıb. Lotu Qulinin tərəfdarları isə baş verənlərdə Əli Heydərovun əlinin olduğunu düşünüb.

 

Maraqlıdır ki, istintaq bu qənaətini möhkəmləndirmək üçün Mətləb Sultanovun psevdoniminə istinad edir. Mətləb Sultanov Rusiyaya “Taleh Namiq oğlu Orucov” adı ilə gəlib. Psevdonimi “Taleyin Namiqin əlindədir” şəklində yorumlayan İstintaq Komitəsi hesab edib ki, bu, Namiq Səlifovun Əli Heydərovu cəzalandıracağına dair publik mesajdır. Mətləb Sultanovun vəkili isə müdafiə etdiyi şəxsin Əli Heydərovu sifariş əsasında öldürmədiyini deyir. Onun sözlərinə görə, Mətləb Sultanovun Əli Heydərovu qətlə yetirməsi şəxsi zəmində baş verib. Vəkil əlavə edib ki, hökmün əsaslandırma hissəsi ilə tanışlıqdan sonra apellyasiya şikayəti veriləcək. 


Qeyd edək ki, qətl ötən ilin yazında törədilib. Mətləb Sultanov məhkəmədə özünü təqsirli bilməyib və qeyd edib ki, Rıjiy ilə şəxsi düşmənçilik səbəbindən uzun müddət bir-birini öldürməyi planlayıblar. M.Sultanov qurbanı əvvəlcədən izləyib və Əli Heydərovun həyat tərzini öyrənib. O, qanuni oğrunun yaşadığı Aviasiya küçəsində yerləşən “Scarlet Sails” yaşayış kompleksində mənzil kirayələyib və Rıjiyin məşq etdiyi fitnes mərkəzinə abunə olub.



Nəzrin
 


OXŞAR XƏBƏRLƏR

"Silahlarımız tam döyüş hazırlığındadır" - Lavrov

"Rusiya heç bir nüvə müharibəsi istəmir və hesab edir ki, “qırmızı düymə”nin nə vaxt basılması ilə bağlı söhbətlər yersizdir".   ...

Ən ağır cəza Hikmət Həsənovun köməkçisinə TƏLƏB EDİLDİ

“Tərtər işi” üzrə mühakimə edilən sonuncu dəstənin də məhkəmə istintaqı tamamlanıb.   Sfera.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin ha...

ABŞ yeni yardım paketi ilə Ukraynaya F-16 raketlərini göndərə bilər

ABŞ Ukraynaya yeni hərbi yardım paketinə F-16 qırıcıları üçün orta mənzilli raketlərin daxil edilməsi imkanını dəyərləndirir.   Sfera.az xəbər verir ...

KİV: "ABŞ Alyaskaya əlavə qüvvələr cəmləyir"

Rusiya və Çinin regionda fəallığının artması fonunda ABŞ hakimiyyəti Alyaskaya əlavə qüvvələr göndərir.   Sfera.az xəbər verir ki, bu barədə Amerikan...

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat AŞKARLANDI

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir Bu barədə Sfera.az-a Daxili İşlər...

Göygöldə ikimərtəbəli evdə yanğın oldu

Göygöldə ikimərtəbəli evdə yanğın olub.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Bildirilib ki, rayonunun ...