Paşinyan Qarabağ separatçılarına dəstək məqsədilə İşçi Qrup yaratdı
Siyasət
12:07 / 29.12.2022
6170
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı separatçı rejimə köməklə bağlı işçi qrup yaradıb.
Sfera.az xəbər verir ki, işçi qrupa baş nazirin müavini Tiqran Xaçatryan rəhbərlik edəcək. Paşinyan bu addımı atmaqla "humanitar böhran”ın həllinə istiqamətlənib.
"Humanitar böhranın idarə olunmasında Dağlıq Qarabağ xalqına dəstək olmaq üçün baş nazirin müavini Tiqran Xaçatryanın rəhbərliyi ilə işçi qrup yaratmaq qərarına gəldim. Onun vəzifəsi yerli hakimiyyətlə humanitar məsələlərin monitorinqi və prosesə beynəlxalq təşkilatların cəlb edilməsi də daxil olmaqla, zəruri təcili dəstəyin təmin edilməsindən ibarət olacaq”, - deyə baş nazir vurğulayıb.
Əzizə