ABŞ ordusunun məxfi məlumatları yayıldı: 68 dollara…

ABŞ ordusunun məxfi məlumatları yayıldı: 68 dollara…

ABŞ ordusunun məxfi məlumatları yayılıb.

 

Sfera.az bildirir ki, bu barədə “New York Times” yazı dərc edib.

 

Belə ki, Pentaqon 11 sentyabr hücumlarından sonra təhlükəsizlik qüvvələri üçün biometrik skaner sistemi tətbiq edib. Həm göz, həm də barmaq izini skan edən cihazlar Əfqanıstandakı ABŞ əsgərləri tərəfindən yoxlanılan şəxsin Pentaqonun məlumat bazasında olub-olmadığını müəyyən edərkən istifadə edilib. Xəbərə görə, bu cihazlardan biri “eBay” internet satış platformasına düşüb.

 

Alman təhlükəsizlik tədqiqatçısı Mattias Marks 149 dollara satışa çıxarılan cihazı hərracda 68 dollara alıb. Cihazın yaddaş kartında 2632 şəxsin adları, fotoşəkilləri, barmaq izləri və göz skanları yer alıb. Onların bir çoxunun terrorçu və axtarışda olduğu müəyyən edilib, digərləri isə ABŞ hökumətinin işçiləri olub.

 

ABŞ ordusuna aid olan skanerin Əfqanıstanda istifadə olunduqdan sonra Almaniyada necə satışa çıxarılması isə məlum deyil.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Azersun Holdinqin prezidenti Abdolbari Gozal vəfat etdi

Tanınmış iş adamı, “Azərsun Holding”in prezidenti, “Qarabağ”ın fəxri prezidenti Abdolbari Gozal vəfat etdi. Sfera.az Yenicag.az-a ist...

Hökumə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs HƏBS EDİLDİ - FOTO

Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəs...

Ebru Gündeşin keçmiş əri Rza ZərrabEVLƏNDİ: Məşhurlar toya axın etdi - VİDEO

Ebru Gündeşin keçmiş əri, əslən cənubi azərbaycanlı olan iş adamı Rza Zərrab Mayamidə bir şirkətdə icraçı köməkçi işləyən Dilara Altıntopla ailə həyatı qurub. ...

Niyam Salaminin adı daha bir QALMAQALDA -Ona yarım milyon manat UDUZUB

Adı 21 800 manat dəyərində kömür məhsulunu mənimsəməkdə hallanan müğənni Niyam Salami 500 000 manat borcunu ödəyə bilmədiyi üçün keçmiş şəriki tərəfindən məhkəm...

İspaniyada kanatın qırılması nəticəsində 30 nəfər yaralanıb

İspaniyada kanatın qırılması nəticəsində onlarla insan yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə ölkənin Fransa ilə sərhədində Pireney dağ silsi...

Naxçıvanda universitet tələbəsi təcili tibbi yardım avtomobilində ölüb

Naxçıvanda 21 yaşlı hamilə qadın təcili tibbi yardım avtomobilində ölüb.   Sfera.az "Report"a istinadən xəbər verir ki, qəfildən halı ...