Qəbələdə ev yandı
Hadisə
23:06 / 28.12.2022
16483
Qəbələ rayonunun Soltannuxa kəndində ümumi sahəsi 168 m² olan birmərtəbəli evin yanar konstruksiyaları, ev əşyaları 124 m² sahədə və dam örtüyü yanıb.
Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.