Bu şirkət Qarabağda qanunsuz istismarını dayandırdı

Bu şirkət Qarabağda qanunsuz istismarını dayandırdı

"Base Metals” Qarabağda "Dəmirli” mədəninin istismarını dayandırıb

 

"Base Metals” şirkəti ekspertiza başa çatana qədər Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində "Dəmirli” mis-molibden yatağında qanunsuz istismarını dayandırmaq qərarına gəlib.

 

Bu barədə "Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

 

Şirkətin bəyanatında deyilir ki, ekoloji ekspertiza üçün beynəlxalq təşkilatlara müraciət etmək qərara alınıb.

 

 

Müraciət ən qısa zamanda araşdırılması üçün BMT-nin müvafiq strukturlarına və aidiyyəti beynəlxalq təşkilatlara göndərilib.

 

''Base Metals'' QSC 7 avqust 2002-ci ildə təsis edilmiş və Qarabağda fəaliyyət göstərən "Vallex" şirkətlər qrupuna daxildir. Şirkət Qarabağda Dəmirli mədənini qanunsuz istismar edirdi.

 

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 17 gündür davam edir.

 

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

 

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.


OXŞAR XƏBƏRLƏR

9 saat səmada qalan təyyarə qalxdığı hava limanına geri qayıtdı

Bu yaxınlarda “American Airlines” reysi ilə uçan sərnişinlər doqquz saat səmada qaldıqdan sonra təyyarənin qalxdığı hava limanına geri dönüblər. ...

Şagirdlərin zəhərləndiyi deyilən məktəbin valideynləri DANIŞDILAR - VİDEO

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alan iki şagirdin zəhərlənməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az bildirir ki, hadisənin məktə...

Quttereş: "Dünyada qlobal fəlakət gözlənilir"

Dünya qlobal iqlim fəlakəti ilə üz-üzədir.   Sfera.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib. Quterreş bildirib ki...

Qoşa Qalanın tək dərdi...- VİDEO

Həm yerli, həm də xarici turistlərin Bakıya gələrkən üz tutduğu məkanlardan biri də İçərişəhər Tarixi Memarlıq Qoruğudur.   Sfera.az-ın məlumatına gö...

Bayden Harrisə Trampı məğlub etmək üçün hansı tövsiyəni verdi?

ABŞ Prezidenti Co Bayden ABC News telekanalına müsahibəsində deyib ki, demokrat namizədə ölkədə qarşıdan gələn prezident seçkilərində qalib gəlmək üçün “ö...

Leyla Əliyeva 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində...