Azərbaycanda sığorta stajının müddəti ARTIRILDI

Azərbaycanda sığorta stajının müddəti ARTIRILDI

Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri dəyişib.

 

Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

 

Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.

 

Dəyişikliyə əsasən, sığorta stajının müddəti 3 il artırılaraq 2026-cı ilə qədər uzadılıb. Pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanacaq.

 

Bu dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə ağır yol qəzası oldu - 30 nəfər yaralandı

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.   Bildirilib ki, yo...

Prezidentin köməkçisi: Almaniya XİN başçısının Azərbaycana qarşı ittihamları qəbuledilməzdir

COP29 uğurla başa çatdı.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administr...

Bakı aeroportu COP29-da - VİDEO

Heydər Əliyev Beynəlxalq Aeroportunun BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində fəaliyyə...

Azərbaycanda bu şəxslərə 285 manat veriləcək - Yanvarın 1-dən

2025-ci ildə ehtiyac meyarının, həcminin 285 manat olması nəzərdə tutulub. 2024-cü ildə bu göstərici 270 manatdır. Ehtiyac meyarının həddi ünvanlı sosial yardım...

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları ARTIB

Cari ilin yanvar-oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 14 milyard 148,4 milyon manatdan çox v...

COP29-da yeni iqlim hədəfi MÜƏYYƏNLƏŞDİ

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bağlanış plenar iclasında yeni iqlim hə...