“Daha bir il də yüksək qiymətlərə dözməli olacağıq” – Almaniyanın iqtisadiyyat naziri
Dünya
11:56 / 28.12.2022
9369
“Biz hələ bir il də yüksək qiymətlərə dözməli olacağıq”
Sfera.az xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Robert Habek deyib. Onun sözlərinə görə, Almaniya istehlakçıları Rusiyanın tədarükünün kəsilməsi səbəbindən qiymətlərin kəskin artacağını və ən azı bir il yüksək qaz qiymətlərinə dözməli olacaqlarını deyib.
O, qiymətlərin 2021 səviyyəsindən aşağı düşəcəyini gözləmədiklərini qeyd edib.
Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı, münaqişədən əvvəl Almaniyanın istehlakının 55 faizini təşkil edən Rusiyadan qaz nəqli tamamilə dayandırılıb.
Nəzrin