Lavrov müharibəni bitirmək üçün ABŞ-a minnətçi düşdü – Cavab nə olacaq?

Lavrov müharibəni bitirmək üçün ABŞ-a minnətçi düşdü – Cavab nə olacaq?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS niformasiya agentliyinə müsahibəsində Qərblə münasibətlərdən danışıb. Nazir bildirib ki, Rusiya ilə ABŞ arasında normal münasibətlər hamının xeyrinədir:

“Lakin Vaşinqton həmişəki kimi düşmən hərəkətlərini davam etdirir. Müxtəlif səviyyələrdə, o cümlədən ən yüksək səviyyələrdə dəfələrlə vurğulamışıq ki, biz konstruktiv dialoqdan çəkinmirik, lakin onun qurulması üçün şərait yaratmaq lazımdır. Bu görüşlər şou xətrinə keçirilməməlidir”.

 

Baş diplomat söyləyib ki, Moskva Vaşinqtonla həm Ukrayna kontekstində, həm də daha geniş, strateji səviyyədə təhlükəsizlik məsələlərini müzakirə etməyə hazırdır.

 

Lavrovun sözügedən fikirləri necə qiymətləndirilməlidir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Qərb istənilən vaxt Kiyevi yarı yolda qoya bilər:

 

“Buna baxmayaraq, məhz Qərbin dəstəyi nəticəsində Ukrayna 10 aydır ki, Rusiyanın işğalına tab gətirə bilir. Hələ müharibə başlamazdan əvvəl Rusiya rəsmiləri deyirdilər ki, “xüsusi hərbi əməliyyatı” üç günə bitirə və Kiyevə daxil ola bilərlər, amma Kreml arzulamadığı ssenari ilə rastlaşdı.  Artan təzyiqlər nəticəsində onların işi getdikcə çətinləşir. Bu, bəlkə də, zahirən hiss olunmur. Amma daxildə çox ciddi proseslər gedir. Bu isə Moskvanın Vaşinqtonla danışıqlar ehtimalını artırır. İndiki halda müharibənin sona çatması Rusiyaya sərf edir. Çünki imkanları tükənir. Moskva yaxşı bilir ki, savaşın bitməsi üçün Kiyevlə yox, Vaşinqtonla danışıqlar aparılmalıdır. Lavrovun açıqlaması da bu konteksdən qiymətləndirilməlidir.  Həmçinin Lavrovun “bu görüşlər şou xətrinə keçirilməməlidir” ifadəsi təsadüfi deyil. O, bununla qarşı tərəfin qeyri-səmimi olduğunu və real danışıqlardan yayınmağa çalışdığını göstərmək istəyib”.

 

Müsahibimiz qeyd edib ki, nazirin “konstruktiv dialoq üçün şərait yaradılmalıdır” fikirləri isə ABŞ-a mesajdır:

 

“Kreml nümayəndəsi bununla demək istəyib ki, biz münasibətlərin normallaşmasında maraqlıyıq, amma əvvəlcə siz təzyiqləri dayandırmalısınız. Ağ Evin Lavrovun bu fikirlərinə müsbət cavab verəcəyi ağlabatan deyil. Ola bilsin, ABŞ rəsmiləri, o cümlədən dövlət katibi Entoni Blinken bu günlərdə desinlər ki, Rusiya xoş münasibətlər üçün əvvəl terrora son qoymalı, qoşunlarını Ukraynadan çıxarmalıdır. Hər halda, ABŞ indiki fürsəti əldən vermək istəməz. Vaşinqton mümkün qədər Moskvanı sıxışdırmağı və onu öz şərtləri daxilində danışıqlar masasına oturtmağa çalışacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Azersun Holdinqin prezidenti Abdolbari Gozal vəfat etdi

Tanınmış iş adamı, “Azərsun Holding”in prezidenti, “Qarabağ”ın fəxri prezidenti Abdolbari Gozal vəfat etdi. Sfera.az Yenicag.az-a ist...

Hökumə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs HƏBS EDİLDİ - FOTO

Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəs...

Ebru Gündeşin keçmiş əri Rza ZərrabEVLƏNDİ: Məşhurlar toya axın etdi - VİDEO

Ebru Gündeşin keçmiş əri, əslən cənubi azərbaycanlı olan iş adamı Rza Zərrab Mayamidə bir şirkətdə icraçı köməkçi işləyən Dilara Altıntopla ailə həyatı qurub. ...

Niyam Salaminin adı daha bir QALMAQALDA -Ona yarım milyon manat UDUZUB

Adı 21 800 manat dəyərində kömür məhsulunu mənimsəməkdə hallanan müğənni Niyam Salami 500 000 manat borcunu ödəyə bilmədiyi üçün keçmiş şəriki tərəfindən məhkəm...

İspaniyada kanatın qırılması nəticəsində 30 nəfər yaralanıb

İspaniyada kanatın qırılması nəticəsində onlarla insan yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə ölkənin Fransa ilə sərhədində Pireney dağ silsi...

Naxçıvanda universitet tələbəsi təcili tibbi yardım avtomobilində ölüb

Naxçıvanda 21 yaşlı hamilə qadın təcili tibbi yardım avtomobilində ölüb.   Sfera.az "Report"a istinadən xəbər verir ki, qəfildən halı ...