Zaxarovadan Kiyevin “BMT çağırışına” REAKSİYA: “İt hürər, karvan keçər”
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova rəsmi Kiyevin Rusiyanın BMT-dən çıxarılması ilə bağlı çağırışına münasibət bildirib.
Sfera.az-ın məlumatına görə, Zaxarova “Sputnik” radiosunun efirində bu barədə danışıb. O, sözügedən çağırışa heç bir şəkildə reaksiya verməyə ehtiyac olmadığını vurğulayıb: "Nəsə etməyə ehtiyac yoxdur. İt hürər, karvan keçər”.
Xatırladaq ki, dekabrın 20-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevin Rusiyanı BMT Təhlükəsizlik Şurasına üzvlükdən məhrum etmək üçün rəsmi hazırlıqlar apardığını söyləmişdi.
Bununla belə, o, belə bir prosesə başlamağın asan olmayacağını etiraf etmişdi. Ağ Evin mətbuat katibi Karine Jan-Pyer isə bildirmişdi ki, Rusiyanı Təhlükəsizlik Şurasına üzvlükdən məhrum etmək üçün BMT qaydalarını dəyişdirmək yolu yoxdur.
Günay Rəsulqızı