Fransanın aparıcı partiya liderləri ermənilərə görə Makrona müraciət etdi
Dünya
10:58 / 28.12.2022
7983
Fransanın aparıcı siyasi partiyaların liderləri Preizdent Emmanuel Makrona müraciət ünvanlayıblar.
Sfera.az erməni mediasına istinadən bildirir ki, fərqli siyasi baxışlarına baxmayaraq, partiya liderləri Fransada ən böyük auditoriyaya malik olan gündəlik "Le Monde" qəzetində birgə açıq məktub dərc etdiriblər.
Onlar müraciətlərində Dağlıq Qarabağın təhlükəsizliyinə zəmanət vermək üçün Fransa prezidentinin müdaxiləsini xahiş ediblər. Fransızlar bunun üçün fransız-erməni dostluğunu, qondarma tarixi əlaqələri əsas gətiriblər. Onlar Makrondan beynəlxalq gücləri də bu işə cəlb etməyi istəyiblər.
Əzizə