Rusiyada spirtli içkilərin qiyməti müəyyənləşdi - Araq BAHALAŞDI

Rusiyada spirtli içkilərin qiyməti müəyyənləşdi - Araq BAHALAŞDI

Rusiyada güclü alkoqollu içkilərin (gücü 28%-dən çox olan) minimum qiyməti artırılıb.

 

Sfera.az Rusiya müdiasına istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin qərarına əsasən 2023-cü ildən pərakəndə satışda 0,5 litr spirtli içkinin qiyməti 281 rubldan (6,8 manat) az olmayacaq. Mövcud qiymət 261 rubldur. Spirtli içkilərdən arağın minimum topdansatış qiyməti 222 rubldan 238 rubla (5,8 manat), brendinin qiyməti 284 rubldan 304 rubla (7,4 manat), konyakın qiyməti 391 rubldan 419 rubla (10,2 manat) qədər artacaq.

 

Xatırladaq ki, Rusiyada araq üçün minimum qiymətlər 2009-cu ildən, konyak üçün 2011-ci ildən, şampan üçün 2016-cı ildən müəyyən edilir.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR