Cənubi Koreya prezidenti Şimali Koreyanın ordu təlimlərini tənqid etdi

Cənubi Koreya prezidenti Şimali Koreyanın ordu təlimlərini tənqid etdi

Cənubi Koreya prezidenti Yoon Seok-yeol Şimali Koreyanın pilotsuz təyyarəsi insidentindən sonra ölkədə hərbi müşahidə və kəşfiyyat imkanlarını gücləndirəcəyini bildirib.



Sfera.az bildirir ki, Cənubi Koreya prezidenti düşmən pilotsuz təyyarələrinin ölkəyə daxil olmasının hərbi təlimlərdə və orduda böyük çatışmazlıq olduğunun sübutu adlandırıb.


Prezident Mun Çje İn başda olmaqla ölkənin keçmiş rəhbərliyini tənqid edib. 2017-ci ildə KXDR pilotsuz təyyarəsi Cənubi Koreya ərazisinə daxil olduqdan sonra ştatda ordunun havadan gələn belə təhlükəyə cavab verməyə hazırlanması üçün heç bir tədbir görülməyib.



Bununla yanaşı, sabiq dövlət başçısı daha çox Şimali Koreya tərəfi ilə sülh danışıqlarına və razılaşmaların tərəfdarı olub.



Yoon Seok Yeol ölkəyə mümkün qədər öz pilotsuz təyyarələrini yerləşdiriləcəyini vəd edib.



Cənubi Koreya ordusu həmçinin ölkənin hava məkanında tutulan beş düşmən pilotsuz təyyarəsini vura bilmədiyi üçün rəsmi üzr istəyib.



Birləşmiş Qərargah Rəisləri Komitəsinin əməliyyatlar üzrə baş zabiti general-leytenant Kanq Şin-çul:



“Biz təəssüf edirik ki, hərbçilərimiz pilotsuz uçan aparatları tapıb izləsələr də, onları vura bilməmişik”-deyə bildirib.



Xatırladaq ki, dekabrın 26-da KXDR-in pilotsuz təyyarələri xəbərdarlıq və icazə olmadan Cənubi Koreyanın hava məkanını işğal edib. Seul onların qarşısını almaq üçün hərbi təyyarələri havaya qaldırıb.


OXŞAR XƏBƏRLƏR

Azersun Holdinqin prezidenti Abdolbari Gozal vəfat etdi

Tanınmış iş adamı, “Azərsun Holding”in prezidenti, “Qarabağ”ın fəxri prezidenti Abdolbari Gozal vəfat etdi. Sfera.az Yenicag.az-a ist...

Hökumə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs HƏBS EDİLDİ - FOTO

Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəs...

Kommunal işçilər küçədə 6000 avronu saxta hesab edərək zibilxanaya atdılar

Ukraynada kommunal xidmət işçiləri Sumı vilayətinin Şostka şəhərinin mərkəzi hissəsindən zibilləri təmizləyərkən içərisində Avropa valyutası olan bağlama aşkar ...

Ebru Gündeşin keçmiş əri Rza ZərrabEVLƏNDİ: Məşhurlar toya axın etdi - VİDEO

Ebru Gündeşin keçmiş əri, əslən cənubi azərbaycanlı olan iş adamı Rza Zərrab Mayamidə bir şirkətdə icraçı köməkçi işləyən Dilara Altıntopla ailə həyatı qurub. ...

Niyam Salaminin adı daha bir QALMAQALDA -Ona yarım milyon manat UDUZUB

Adı 21 800 manat dəyərində kömür məhsulunu mənimsəməkdə hallanan müğənni Niyam Salami 500 000 manat borcunu ödəyə bilmədiyi üçün keçmiş şəriki tərəfindən məhkəm...

İspaniyada kanatın qırılması nəticəsində 30 nəfər yaralanıb

İspaniyada kanatın qırılması nəticəsində onlarla insan yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə ölkənin Fransa ilə sərhədində Pireney dağ silsi...