Moskvada müharibədən qaçan daha 8 nəfər saxlanıldı

Moskvada müharibədən qaçan daha 8 nəfər saxlanıldı

Moskvada dekabrın 26-da axşam saatlarında Luqansk vilayətində döyüş bölgəsini tərk edən 8 rusiyalı saxlanılıb.



Sfera.az bildirir ki, bu barədə Rusiya mediası məlumat yayıb.



Podolskda polis bölməsinə 20-44 yaş arası əsgərlər gələrək silahlarını təhvil vermək istədiklərini bildiriblər. Sonradan məlum olub ki, onların hamısı Kalininqraddan səfərbər olunub və təlimdən sonra Luqanska göndərilib.



Polis əməkdaşları hərbi müstəntiqləri çağırıb, səfərbər olunanlar Moskva vilayətindəki hərbi hissələrdən birinə göndərilib və orada müstəntiqlərin qərarını gözləyəcəklər.


Mediadının məlumatına görə, səfərbər olunanlar Ukraynadakı döyüş bölgəsini özbaşına tərk ediblər.



Hərbçilər əvvəlcə hərbi hissəni tərk edərək Kalininqrad vilayətinə, daha sonra Moskva yaxınlığındakı Podolska gedib. Telekanalın məlumatına görə, saxlanılanların hamısı artıq hərbi prokurorluğa təhvil verilib.


Ehtiyatda olan hərbçilərin özlərinin polisə gələrək 3 ədəd AK-74 avtomatı və 4 ədəd pulemyotu təhvil verdikləri bildirilir.



Xatırladaq ki, Yekaterinburqda bir qadının 2,5 yaşında xəstəlikdən dünyasını dəyişən oğlu Sergey üçün də çağırış vərəqəsi göndərilib.



Qeyd edək ki, Rusiya KİV-də qismən səfərbərliyin ikinci dalğası haqqında reportaj hazırlamağa qadağa qoyulub.



Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə dekabrın 21-də silahlı qüvvələrin sayını 1,5 milyon nəfərə çatdırmaq planlarını açıqlayıb. Hərbi məmur çağırış yaşını da artırmaq istəyir.


Aynil

 


OXŞAR XƏBƏRLƏR