20 yaşlı hind aktrisası serial çəkilişləri zamanı intihar etdi - FOTO

20 yaşlı hind aktrisası serial çəkilişləri zamanı intihar etdi - FOTO

Hindistan filmlərinin və seriallarının 20 yaşlı ulduzu Tunişa Şarma intihar edib.
 

Sfera.az bildirir ki, hadisə aktrisanın rollardan birini canlandırdığı “Əli Baba: Döyüşçü əfsanəsi” filminin çəkilişləri zamanı baş verib. Tunişa dekabrın 24-də dünyasını dəyişib, o, soyunub-geyinmə otağında ölü tapılıb.
 

Qeyd olunur ki, polis məşhurun ​​keçmiş sevgilisini - aktyor Şizan Məhəmməd Xanı həbs edib. Tunişənin anası qızını intihara sürükləyənin o olduğunu deyib. Xüsusilə, münasibətlərin pozulması iddiası gənc aktrisanın qərarına təsir edib.
 

Xan özü bildirib ki, keçmiş sevgilisi əvvəllər də intihara cəhd edib, lakin hər dəfə onu xilas edib. Aktyor onu da əlavə edib ki, bu barədə Tunişənin anasına bildirib və qadından qızına nəzarət etməsini istəyib. Hazırda faktla bağlı araşdırma aparılır.


Qeyd edək ki, Tunişa Şarma gənc yaşına baxmayaraq tez bir zamanda populyarlıq qazanan hind aktrisasıdır.

 

Aynil

Açıklama yok.


OXŞAR XƏBƏRLƏR