Bayram tətilindən sonra dərslər nə zaman başlayacaq? - RƏSMİ

Təhsil
17:37 / 27.12.2022
14568
Bayram tətilindən sonra dərslərin başlayacağı gün açıqlanıb.
Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.
O bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar 2022-2023-cü tədris ili üzrə təhsil müəssisələrində bayramdan sonra ilk iş (dərs) günü - dərs beşgünlük müəssisələrdə yanvarın 5-i başlayır.
O vurğulayıb ki, altıgünlük müəssisələrdə isə şagirdlər yanvarın 4-dən dərsə gedəcəklər.