Gülben Ergen anasına verdiyi sözü tutdu: “Ana-bala..”

Maqazin
15:17 / 27.12.2022
11120
Türkiyəli müğənni Gülben Ergen ilin sonunda verdiyi sözü yerinə yetirib.
Sfera.az bildirir ki, ifaçı anası ilə birlikdə Ümrəyə gedib.
O, bu barədə sosial media hesabında paylaşım edib.
“Anama söz vermişdim ki, onu Ümrəyə aparacam.. Ana-bala həm Məkkəyə, həm də Mədinəyə getdik. Deməli, insan onun üçün vacib olan şeylərə vaxt ayıra bilir. 2022-ci ilə minnətdaram. Mənə, ailəmə, peşəmə, sevdiyim, əhəmiyyət verdiyim hər şeyə və hər kəsə gülümsəyən həyatımı möcüzələrlə yaşayıram. Gəlsin, 2023”, deyə Ergen qeyd edib.
Gülbenin paylaşımına Demet Akalın, Şeyda Coşkun, Dilşat Erdil və Erol Köse kimi digər tanınmış adlar da reaksiya verib, "Allah qəbul etsin", - yazıblar.
Türkan