Türkiyənin kəşf etdiyi qaz ehtiyatları artır – YENİ RƏQƏMLƏR

Türkiyənin kəşf etdiyi qaz ehtiyatları artır – YENİ RƏQƏMLƏR

Qara dənizdə yeni kəşflə Türkiyənin təbii qaz ehtiyatlarının həcmi 710 milyard kubmetrə yüksəlib. 


Sfera.az xəbər verir ki, bu haqda məlumatı enerji və təbii sərvətlər naziri Fatih Dönmez açıqlayıb. 


Nazirin açıqladığı məlumata görə, Qara dənizdə 50-dən çox gəmi kəşfiyat və hasilat işləri ilə məşğuldur. 


Fatih Dönmez bildirib ki, bu qaz 2023-cü ilin martında əhalinin istehlakına yönəldiləcək:

 

“Qazın quruya çatdırılması üçün 3 xətt üzərində iş aparılır. Xətlərdən biri tamamlanıb. Digər tərəfdən, biz quruda bu qazı emal edəcək emal obyektinin inşaasının 85 faizini başa çatdırmışıq. Burada emal edilən qazın BOTAŞ-ın əsas sisteminə qoşulması üçün lazım olan xəttin isə 36 km-lik hissəsi tamamlanıb”.


Türkiyə indiyədək dənizin dibində 10 quyu qazıb. Nazir söyləyib ki, ikinci mərhələdə yataqlar üzərində əlavə 30 quyu qazılacaq. 


Xatırladaq ki, Qara dənizdə ilk quyu qazılanda burada qaz ehtiyatının 300 milyard kubmetr olduğu bildirilirdi. Yeni quyularla ehtiyatın həcmi artır. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR