"İlon Mask ABŞ prezidenti olacaq, Almaniya-Fransa müharibəsi başlayacaq..." - Medvedevin İLGİNC 2023 PROQNOZLARI

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev 2023-cü ilə dair proqnozlarını bölüşüb.

 

Sfera.az bildirir ki, o, bu barədə  “Telegram” kanalında paylaşım edib.  

 

Sözügedən fikirlər isə sosial mediada gündəm olub, ABŞ, Böyük Britaniya, İran və digər ölkələrin siyasətçiləri, jurnalistləri proqnozu şərh ediblər.

 

“Bu, indiyə qədər eşitdiyim ən absurd proqnozdur",-  iş adamı İlon Mask bildirib.

 

Gündəm olan həmin siyahını təqdim edirik:

 

1. Neftin qiyməti 150 dollar/barelə qalxacaq, qazın qiyməti isə 1000 kubmetr üçün 5 min dolları keçəcək.


2. Böyük Britaniya Avropa Birliyinə qayıdacaq.


3. Böyük Britaniya geri qayıtdıqdan sonra Aİ "çökəcək", avro Aİ-nin keçmiş valyutası kimi dövriyyədən çıxacaq.


4. Polşa və Macarıstan "keçmiş Ukrayna"nın qərb bölgələrini işğal edəcək.


5. Almaniya ərazisi və onun “peyklərini” – Polşa, Baltikyanı ölkələr, Çexiya, Slovakiya, həmçinin “Kiyev Respublikası” və digər xaric edilmişləri əhatə edən Dördüncü Reyx yaradılacaq.


6. Fransa ilə Dördüncü Reyx arasında müharibə başlayacaq. Avropa bölünəcək, Polşa isə yenidən bölüşdürüləcək.


7. Şimali İrlandiya Böyük Britaniyadan ayrılaraq materik İrlandiyaya qoşulacaq.


8. ABŞ-da vətəndaş müharibəsi başlayacaq. Texas müstəqil dövlət olacaq və Meksika ilə birlik dövləti təşkil edəcək. Vətəndaş müharibəsi bitdikdən sonra Respublikaçılar Partiyasına veriləcək bir sıra ştatlarda prezident seçkilərində İlon Mask qalib gələcək.


9. Bütün əsas fond bazarları ABŞ və Avropadan Asiyaya keçəcək.


10. “Bretton Woods” pul sistemi çökəcək və bu, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının dağılmasına gətirib çıxaracaq. Avro və dollar qlobal ehtiyat valyuta kimi dövriyyədən çıxacaq. Bunun əvəzinə rəqəmsal fiat valyutaları aktiv şəkildə istifadə ediləcək.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR

NATO sammiti gələn il Türkiyədə keçiriləcək

NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Haaqada keçirilən sammitin yekun bəyanatında deyilir. 2027-ci ...

Universitetlərlə bağlı YENİLİK – 4 illik təhsil tarixə QOVUŞUR...

Azərbaycanda ali təhsil müddətinin azaldılması, son dövrlərdə təhsil sahəsindəki əsas müzakirə mövzularından birinə çevrilib. Təhsil müddətinin qısaldılması, cə...

Asteroid Ayla toqquşacaq

2024-cü ilin sonunda kəşf edilən, 60 metr enindəki “2024 YR4” adlı asteroidin 2032-ci il dekabrın 22-də Yerə çırpılma ehtimalı əvvəlcə 3,1 faiz olar...

Müasir enerji layihələri milli təhlükəsizliyimizin gücləndirilməsinə xidmət edir

Enerji təhlükəsizliyinin təmin olunması bu gün bütün ölkələr tərəfindən prioritet vəzifələrdən biri kimi qiymətləndirilir. Qlobal təhlükəsizliyi təhdid edən yen...

Bakıda mənzillər və kirayə evlər bahalaşdı - QİYMƏTLƏR

2025-ci ilin iyun ayında Azərbaycanda əmlak bazarı stabil və nisbi canlanma ilə müşahidə olunur. Yay mövsümünün başlaması və ipoteka imkanlarının genişlənməsi a...

Bu rayonların icra başçısı vəzifəsi boşdur

Azərbaycanda hazırda 3 rayonun icra başçısı vəzifəsi boşdur.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bunlar Qax, Bakı şəhərinin Nəsimi v...