Britni Spirsin həyat yoldaşı yeni şəkillər paylaşdı - İzləyiciləri öldüyündən şübhələnirdi

Britni Spirsin həyat yoldaşı yeni şəkillər paylaşdı - İzləyiciləri öldüyündən şübhələnirdi

28 yaşlı İran əsilli amerikalı aktyor, model, fitnes məşqçisi və müğənni Britni Spirsin həyat yoldaşı Sem Əsgəri İnstaqram səhifəsində nadir hallarda həyat yoldaşı ilə fotolarını yerləşdirir. Son paylaşım dekabrın 2-də, sənətçinin ad günündə olub. İndi demək olar ki, bir aydan sonra o, Britni ilə şəkil və video paylaşaraq, bütün pərəstişkarlarının Milad bayramını təbrik edib.
 

Sfera.az bildirir ki, kadrda cütlük dağlarda üzbəüz oturub, birlikdə meditasiya edirlər. Müğənni hesabındakı paylaşımlarda çılğın rəqslərinin videolarını, çimərlikdə və ya vanna otağında çılpaq fotolarını yerləşdirməyə üstünlük verir. Özündən fərqli olaraq həyat yoldaşının səhifəsində isə daha qapalı görünür.
 

"Milad bayramında bir az gəzinti və bir az meditasiya ilə uzun bir yol. Həyat yoldaşım həqiqətən meditasiya fanatıdır və mən bunu sevirəm. Samta və Britneydən hamınıza Merry Britmas!"


Sem öz paylaşımı ilə sui-qəsd nəzəriyyəçilərinin Britninin artıq sağ olmaya biləcəyi ilə bağlı fərziyyələrini dəf edib və onun səhifəsini başqa bir şəxs idarə edir. Bu cür söz-söhbətlər sənətçinin eyni tipli foto və videoları paylaşmağa başlamasından sonra ortaya çıxıb. Üstəlik, paylaşımları adekvat adlandırmaq olmaz. Bir ara Britni mikro bikinidə sinəsini əlləri ilə örtərək vanna otağında poza verdiyi fotonu yayımlayıb.
 

Müğənni bir müddətdir ki, yeniyetmə oğullarına görə, həm də özünü islah etmək istədiyi üçün belə məzmundan çəkinib. Oğlanlar çox açıq və tez-tez aqressiv yazılarına görə anaları ilə ünsiyyət qurmaqdan utanırlar. Lakin bu o qədər də uzunmüddət çəkməyib, Britninin İnstaqramında yenidən mübahisəli və qalmaqallı paylaşımlar görünüb.
 

Xatırladaq ki, Britni Spirs sosial şəbəkədə artıq bir neçə dəfədir səhifəsini silir.

 

Aysel

Açıklama yok.


OXŞAR XƏBƏRLƏR

Yol Polisindən hava şəraiti ilə bağlı MÜRACİƏT

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə d...

Bakıda yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki,...

Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi...

Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.   Sfera.az&nb...

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...