Hindistan Çin və Pakistana qarşı müdafiə üçün ballistik raketləri aldı

Hindistan Çin və Pakistana qarşı müdafiə üçün ballistik raketləri aldı

Hindistanın Müdafiə Nazirliyi 500 km-ə qədər məsafədə hədəfləri vura bilən ballistik raketlər almağa qərar verib.
 

Sfera.az bildirir ki, bu barədə Hindistanın “The Economic Times” agentliyi məlumat yayıb.
 

Hindistan ordusu təxminən 120 Pralay raketi alacaq. Bildirilir ki, adi hava hücumundan müdafiə sistemlərindən istifadə etməklə belə sursatların qarşısını almaq olduqca çətindir. Hindistanda ballistik raketlərin alınması böyük bir iş kimi qiymətləndirilir. Qeyd edək ki, Çin və Pakistanın da ballistik raketləri var.
 

Raketlərin Çin və Pakistanla mübahisəli sərhədləri boyunca yerləşdirilməsi planlaşdırılır.
 

Raket Müdafiə Araşdırma və İnkişaf Təşkilatı tərəfindən hazırlanıb. Ballistik raketin uçuş məsafəsi 150-dən 500 km-ə qədərdir və gələcəkdə onun uçuş məsafəsi daha da artırıla bilər. Onun yaradılması üzərində iş 2015-ci ildən aparılır. 2021-ci ildə raket uğurla sınaqdan keçirilib. “Pralay” havada müəyyən məsafə qət etdikdən sonra trayektoriyasını dəyişə bilir.
 

“Paralay” raketləri düşmənin uzaq mənzilli hava hücumundan müdafiə sistemlərini, eləcə də digər mühüm düşmən hədəflərini məhv etmək üçün istifadə oluna bilər. Qeyd edək ki, raketlərin əldə edilməsi qərarı Hindistanda Çinin də malik olduğu xüsusi raket qüvvələrinin yaradılması fonunda baş verir.
 

Xatırladaq ki, dekabrın 12-də Hindistan qoşunları Himalay dağlarında mübahisəli sərhəddə Çin qoşunları ilə toqquşmuşdu.
 

Bir müddət əvvəl isə Çin Hindistanla Qalvan vadisində mübahisəli sərhəddə bunkerlər və hərbi anbarlar tikib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

NATO sammiti gələn il Türkiyədə keçiriləcək

NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Haaqada keçirilən sammitin yekun bəyanatında deyilir. 2027-ci ...

Universitetlərlə bağlı YENİLİK – 4 illik təhsil tarixə QOVUŞUR...

Azərbaycanda ali təhsil müddətinin azaldılması, son dövrlərdə təhsil sahəsindəki əsas müzakirə mövzularından birinə çevrilib. Təhsil müddətinin qısaldılması, cə...

Asteroid Ayla toqquşacaq

2024-cü ilin sonunda kəşf edilən, 60 metr enindəki “2024 YR4” adlı asteroidin 2032-ci il dekabrın 22-də Yerə çırpılma ehtimalı əvvəlcə 3,1 faiz olar...

Müasir enerji layihələri milli təhlükəsizliyimizin gücləndirilməsinə xidmət edir

Enerji təhlükəsizliyinin təmin olunması bu gün bütün ölkələr tərəfindən prioritet vəzifələrdən biri kimi qiymətləndirilir. Qlobal təhlükəsizliyi təhdid edən yen...

Bakıda mənzillər və kirayə evlər bahalaşdı - QİYMƏTLƏR

2025-ci ilin iyun ayında Azərbaycanda əmlak bazarı stabil və nisbi canlanma ilə müşahidə olunur. Yay mövsümünün başlaması və ipoteka imkanlarının genişlənməsi a...

Bu rayonların icra başçısı vəzifəsi boşdur

Azərbaycanda hazırda 3 rayonun icra başçısı vəzifəsi boşdur.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bunlar Qax, Bakı şəhərinin Nəsimi v...