Çin ABŞ-ı, Hindistan Yaponiyanı ötəcək – Dünyada iqtisadi mənzərə sürətlə dəyişir

Çin ABŞ-ı, Hindistan Yaponiyanı ötəcək – Dünyada iqtisadi mənzərə sürətlə dəyişir

2022-ci ildə dünyada ümumi daxili məhsul istehsalı (ÜDM) nominal qiymətlərlə ilk dəfə olaraq 102 trilyon dollara çatacaq. 


Sfera.az xəbər verir ki, 2022-ci ildə ÜDM-in həcminin 100 trilyon dolları ötməsində inflyasiya amilinin təsiri daha güclüdür. 


Mərkəzi Londonda yerləşən İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzinin (CEBR) araşdırmasına əsasən, 2037-ci ilə qədər qlobal iqtisadiyyatın nominal dəyəri təxminən iki dəfə artaraq 206 trilyon dollara çatacaq. CEBR hesab edir ki, artımın hərəkətverici qüvvəsi inkişaf etməkdə olan ölkələr olacaq və onlar inkişaf etmiş ölkələri qabaqlayacaq. 


CEBR hesabatda ən böyük dəyişikliyin Çinlə bağlı olduğunu qeyd edib. İki il əvvəl Çinin 2028-ci ildə ABŞ-ı keçəcəyini proqnozlaşdıran təşkilat keçən il proqnozunu 2030-cu ilə təxirə salmışdı. Bu hesabatda isə proqnoz daha da irəli çəkilib və Çinin yalnız 2036-cı ildə ABŞ-ı keçəcəyi proqnozlaşdırılıb. 


Hesabata görə, Hindistanın 2026-cü ildə Almaniyanı, 2032-ci ildə isə Yaponiyanı geridə qoyaraq dünyanın 3-cü ən böyük iqtisadiyyatı olacağı təxmin edilir. Hindistan həmin tarixdə 10 trilyon dollarlıq iqtisadiyyata sahib olan üçüncü ölkə olacaq.


Dünyanın ən çox əhalisi olan 4-cü ölkəsi İndoneziyanın 2022-ci ildə dünyanın 17-ci ən böyük iqtisadiyyatından 2037-ci ilə qədər dünyanın 11-ci ən böyük iqtisadiyyatına çevriləcəyi gözlənilir. 


Asiyada Vyetnamın, Banqladeş və Fillipinin daha böyük sürətlə iqtisadi dəyərini artırdığı müəyyənləşib. 2021-ci ildən 2037-ci ilə qədər olan müddətdə Vyetnam 39-cu yerdən 26-cı yerə, Banqladeş 34-cü yerdən 20-ci yerə, Fillipin isə 38-ci yerdən 27-ci yerə yüksələcək. 


Rusiya iqtisadiyyatının dəyər itkisi davam edəcək. 2022-ci ildə doqquzuncu ən böyük iqtisadiyyat olan Rusiya Ukraynanın işğalından sonra tətbiq edilən sanksiyaların təsiri ilə 2037-ci ilə qədər 14-cü yerə düşəcək.


Azərbaycanda bu ilin sonunda ÜDM-in nominal dəyəri 77 milyard dolları ötəcək və dünyanın 75-77-ci ən böyük iqtisadiyyatına sahib olacaq. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: S-400 məsələsi artıq bağlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarəl...

Sertifikasiya imtahanında 7 müəllimin nəticəsi ləğv ediləcək

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb.   Bu barədə Sfera.az Məktəbəqədər və ...

Ezgi iki illik ərindən boşandı - FOTO

Aktrisa Ezgi Mola həyat yoldaşı Mustafa Aksakallıdan ayrılıb. OLAY yazır ki, bu barədə Ezgi özü məlumat yayıb.  O bildirib ki, 2 illik evliliklərini son...

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı - RƏSMİ AÇIQLAMA

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əmək...

Milyonlarla uduşla “Poz-Qazan” əyləncəsi artıq OBA-da!

“Azərlotereya”nın çox sevilən “Poz-Qazan” lotereya biletləri ilə böyük uduşlara aparan yol indi OBA-dan da keçir. Milyonlarla uduşlu &ld...

Nazim həmin həkimdən 50 min təzminat alıb

Müğənni Nazim Pişyari (Faytonçu) illər öncə “Elmed” klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzmin...