Ölkənin ən böyük QHT-sinin Laçın aksiyası ilə bağlı SUSQUNLUĞU

Ölkənin ən böyük QHT-sinin Laçın aksiyası ilə bağlı SUSQUNLUĞU

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Laçın yolunda aksiyanı davam etdirir.

 

Sfera.az bildirir ki, aksiya iştirakçılarına ictimai dəstək isə günbəgün artır. Ekologiya, geologiya və digər sahələr üzrə alimlər, ekspertlər, tələbələr, vətəndaş cəmiyyətinin təmsilçiləri aksiyaya qoşulur, səsləndirilən tələblərə dəstək verirlər. Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildirirlər. Havanın soyuq olması onların əzmini qırmır. Günbəgün bir neçə qeyri-hökumət və könüllü təşkilatından bir sıra şəxslər aksiyaya qoşulur. Onlar hazırda Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarından irəli gələn ekoloji fəlakət və digər fəsadlarla bağlı ilkin monitorinqin aparılmalı olması barədə şüarlar səsləndirirlər. 

 

Təəssüf ki, ölkənin ən vacib və taleyüklü gündəmindən kənarda qalmağa üstünlük verənlər də var. Bu aspektdə diqqətçəkən əsas təşkilatdan biri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasıdır – ölkənin ən böyük qeyri-hökumət təşkilatı..

 

Məlumat üçün qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərini təmsil və müdafiə edən Naxçıvan Muxtar Respublikasının və 26 Sahə həmkarlar ittifaqı birliklərinin könüllü ittifaqıdır. AHİK 16135 həmkarlar ittifaqı təşkilatını və təqribən 1121946 həmkarlar ittifaqı üzvünü əhatə edir. Quruma üzv olanlarla yanaşı, onun tabeliyində olan təşkilatlar da var («Kurort» Qapalı Səhmdar Cəmiyyəti; Azərbaycan Respublikası “Turizm və Ekskursiyalar Şurası”; Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyi - özündə 9 idman cəmiyyətlərini birləşdirir;  «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyi;Əmək və Sosial Münasibətlər Akademiyası). 

 

Bəs kəmiyyətdən bol olan qurumun keyfiyyətindən danışmaq olarmı?  Milli Məclisin deputatı, Həmkarlar İttifaqının sədri Səttar Möhbalıyevin hadisələrdən kənarda qalmağının səbəbi nədir? Niyə Laçın yolundakı aksiyalarla bağlı heç bir təşəbbüs göstərmir? Halbuki, bu istiqamətdə ən böyük imkan məhz elə Möhbalıyevdədir. 

 

Əslində səbəblər gün kimi aydındır. Hazırda Azərbaycanda Rusiyanın maraqlarına xidmət edən məmurlar, deputatlar, eləcə də ayrı-ayrı vəzifəli şəxslər var. Hətta vəzifədən çıxarılan şəxslərin geniş çevrəsinin olduğu, qohum-əqrəbasının hələ də yüksək postlarda çalışdığı faktdır. Möhbalıyev də onlardan biridir. Onun Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovla quda olduğu, Həsənovun isə Azərbaycanda Rusiyanın “5-ci kolon”unu təmsil etməsi kimsəyə sirr deyil. Yəqin ki, bütün bunların fonunda AHİK-in fəaliyyətsizliyinin səbəbini araşdırmağa ehtiyac qalmır. Onlar özlərini deşifrə edirlər. Səttar Möhbalıyev həm də bir neçə ay bundan qabaq Ermənistan ordusunun təxribatı nəticəsində yaxın qouhumunu şəhid verən, qardaşını Birinci Qarabağ müharibəsində itirən şəxslərdəndir. Ən azı bu faktlar onu aksiyaya dəstək verməkdən çəkindirməməli idi... 

 

Türkan
 


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: S-400 məsələsi artıq bağlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarəl...

Sertifikasiya imtahanında 7 müəllimin nəticəsi ləğv ediləcək

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb.   Bu barədə Sfera.az Məktəbəqədər və ...

Ezgi iki illik ərindən boşandı - FOTO

Aktrisa Ezgi Mola həyat yoldaşı Mustafa Aksakallıdan ayrılıb. OLAY yazır ki, bu barədə Ezgi özü məlumat yayıb.  O bildirib ki, 2 illik evliliklərini son...

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı - RƏSMİ AÇIQLAMA

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əmək...

Milyonlarla uduşla “Poz-Qazan” əyləncəsi artıq OBA-da!

“Azərlotereya”nın çox sevilən “Poz-Qazan” lotereya biletləri ilə böyük uduşlara aparan yol indi OBA-dan da keçir. Milyonlarla uduşlu &ld...

Nazim həmin həkimdən 50 min təzminat alıb

Müğənni Nazim Pişyari (Faytonçu) illər öncə “Elmed” klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzmin...