Evdən işləmək üçün... - Mark Zukerberqin işçisindən MARAQLI ADDIM
Mark Zukerberqin sahib olduğu "Meta"da çalışan 28 yaşlı Auistin Uels evdən işləmək üçün 12 il müddətinə gəmi otağını kirayələyib.
Sfera.az xəbər verir ki, Uels otaq üçün bir evə ayrılan aylıq kirayə haqqından daha az məbləğ ödəyəcək. Onun kirayələdiyi otaq "MV Narrative" kruiz gəmisinə aiddir və bu gəminin inşası 2025-ci ilədək tamamlanacaq.
Uels kirayə etdiyi otağa 12 il üçün 300 min dollar pul verib. Həmin otağı almaq isə 1 milyon dollara başa gəlir. Uels gəmidəki yemək və içki, hovuz, təmizlik, sağlamlıq xidmətləri və barlar kimi bütün imkanlardan faydalana biləcək.
Onun 12 il müddətinə kirayələdiyi otağı bundan sonra aylıq kirayə götürmək istəyənlər 4500 dollar ödəniş etməlidirlər. 28 yaşlı gəncin ödənişini aylara böldükdə isə onun aylıq ödənişinin 2083 dollara düşdüyü məlum olur. Bu ödəniş Manhettendə oxşar mənzilin kirayəsi ilə müqayisədə çox aşağıdır. ABŞ-ın qərb sahilində mövcud saat qurşağında işləyəcək Uels bunu üstünlüyə çevirməyi planlaşdırır. Belə ki, gənc saat fərqinin çox olduğu bölgələrdə səyahət edərkən, ABŞ-da iş başlayanadək gün ərzində ətrafı gəzməyi, axşam saatlarında isə kompüter qarşısında oturmağı hədəfləyir.
İnci