“Kreml rəhbəri Paşinyanı bir neçə dəqiqəlik xəlvətə çəkəcək” – Laçın yolu açılır?

“Kreml rəhbəri Paşinyanı bir neçə dəqiqəlik xəlvətə çəkəcək” – Laçın yolu açılır?

Dekabrın 26-27-də Ermənistanın baş naziri Nikol Paşinyan MDB-yə üzv dövlətlərin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcək. Sammit zamanı Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə İlham Əliyevlə Paşinyanın görüşünün təşkil olunacağı haqda iddialar səsləndirilir. Digər tərəfdən isə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ötən gün sözügedən tədbir çərçivəsində Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli görüşünün planlaşdırılmadığını bildirib.

MDB-yə üzv dövlətlərin qeyri-rəsmi sammitindən gözləntilər nələrdir?

 

Mövzuyla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, sammitə saatlar qalmış Dmitri Peskovun görüşlə bağlı açıqlaması böyük ehtimalla Paşinyanın tələbindən sonra reallaşıb:

 

“Çünki onun İlham Əliyev və Vladimir Putinlə görüşməyə üzü yoxdur. Amma Paşinyanın görüşmək istəməməsi onun Putin tərəfindən cəzalandırılmayacağı anlamına gəlmir. Hər halda Kreml rəhbəri bir neçə dəqiqəlik olsa belə, Baş naziri xəlvətə çəkəcək. Çünki Paşinyan və onun Xarici İşlər Naziri Ararat Mirzoyanın son demarşları Putin tərəfindən reaksiyasız qarşılana bilməz”.

 

Müsahibimiz qeyri-rəsmi sammit fonunda Laçın yolunda davam edən aksiya mövzusuna da toxunub:

 

“Rusiya sülhməramlıları onların yanına qədər gələn Xankəndi sakinlərini arxayın edərək yola salıblar ki, sabaha qədər dözsünlər. Guya dekabrın 26-da Rusiyada çox əhəmiyyətli görüş keçiriləcək və bu görüşdən sonra yol açılacaq. Amma məsələ bir qədər qaranlıq qalır. Əgər Paşinyan İlham Əliyev və Vladimir Putinlə görüşməkdən çəkinirsə "bağlanan" yolun açılması necə reallaşa bilər? Müzakirələr kimlə aparılacaq? Hər halda bir neçə saatdan sonra hər şey aydın olacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...