Rusiya BMT Təhlükəsizlik Şurasından çıxarılır? – Son gəlişmə
Ukrayna Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılmasını tələb edir.
Sfera.az bildirir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba açıqlama verib.
“Biz rəsmi olaraq Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması mövqeyi ilə çıxış edəcəyik”, - deyə Kuleba kanal 24-də çıxışı zamanı deyib.
Ukrayna xarici işlər nazirinin sözlərinə görə, Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətini davam etdirmək hüququ yoxdur.
Lakin Avropa Şurasının rəhbəri Çarlz Mişel bildirib ki, Rusiyanın BMT Təhlükəsizlik Şurasından kənarlaşdırılması hazırda mümkün deyil. Bunun əvəzinə Mişel Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasında fəaliyyətinin dayandırılması mexanizminin işlənib hazırlanmasını təklif edib.
Xatırladaq ki, Ukrayna Ali Radası öz növbəsində Rusiyanın BMT-də “qeyri-qanuni iştirakı” barədə qərar qəbul edib.
Günay Rəsulqızı