“Türk dövlətləri ilə ticarət dövriyyəsi kəskin artıb” – Millət vəkili

“Türk dövlətləri ilə ticarət dövriyyəsi kəskin artıb” – Millət vəkili

“Bu ilin ilk 10 ayında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi rekord səviyyədə artıb. Ötən ilin eyni dövründə 5 Türk dövləti ilə 3 milyard 724 milyon 511 min dollar dövriyyəmiz olduğu halda bu ilin yanvar-oktyabr aylarında dövriyyə 63,4 faiz artaraq 6 milyard 83 milyon 252 min dollara çatıb. Bu, müstəqillik illlərinin ən böyük artımıdır”. 


Sfera.az xəbər verir ki, bunu türk respublikaları arasında ticarət münasibətlərinin indiki vəziyyətini şərh edərkən millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib. 


V.Bayramov qeyd edib ki, ticarət dövriyyəsinin artmasında Türkiyə ilə əlaqələrimiz xüsusi paya malikdir:

 

“Lakin digər qardaş dövlətlər ilə də iqtisadi münasibətlərimiz xeyli dərinləşib. Qazaxıstan ilə dövriyyəmiz 5 dəfə artaraq 492 milyon 71 min dollara, Qırğızstan ilə 18,3 faiz artaraq 8 milyon 969 min dollara, Özbəkistan ilə 73,4 faiz artaraq 146 milyon 976 min dollara, Türkmənistan ilə 6,8 dəfə artaraq 377 milyon 242 min dollara, nəhayət Türkiyə ilə 44,6 faiz artaraq 5 milyard 57 milyon 994 min dollara çatıb.


Ticarət dövriyyəsinin böyüməsi birbaşa türk dövlətləri arasındakı münasibətlərin xüsusən son 2 ildə dərinləşməsi ilə bağlıdır. Azərbaycanın əldə etdiyi zəfərdən sonra Türk dövlətləri strateji əməkdaşlığı daha da gücləndiriblər. Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək yüksəlməsi hədəflənir”. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...

Prezidentdən Silahlı Qüvvələr Günü paylaşımı - FOTO

Prezident İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: ...