Qəbələdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alan var

Cəmiyyət
10:30 / 26.12.2022
7227
Qəbələdə bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bu barədə Sfera.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Belə ki, gecə saatlarında Qəbələ rayonunun Laza kəndi ərazisində Mehran Həsənovun idarə etdiyi “QAZ-3110” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, nəqliyyat vasitəsindəki sərnişin Maarif Xasıyev isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.