Həftəsonu yol qəzalarında 8 nəfər öldü

Cəmiyyət
10:20 / 26.12.2022
8225
Dekabrın 24-də və 25-də Azərbaycanda yol qəzalarında 8 nəfər ölüb.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib.
Qeyd edilib ki, nəticədə 8 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.