Futbol tarixinin ən kədərli səhifələrindən biri - 43 nəfər həyatını niyə itirdi?

Futbol tarixinin ən kədərli səhifələrindən biri - 43 nəfər həyatını niyə itirdi?

17 sentyabr 1967-ci ildə keçirilən Kayserispor-Sivasspor matçı 43 nəfərin həyatını itirdiyi, yüzlərlə insanın yaralandığı çox acı hadisələrə səbəb olub. Aradan 55 il keçən hadisələr niyə baş verib, necə yayılıb? Səhlənkarlıq olubmu?

 

Sfera.az bu hadisələrin arxa planı haqqında yazı təqdim edir.


“Sivasspor” və “Kayserispor” o illərdə yeni yaranan iki komanda idi. 2-ci liqaya vəsiqə qazanan komandalar arasında rəqabət təkcə idmanla bağlı deyildi, bunun başqa səbəbləri də var idi.
 

1940-cı illərdən 60-cı illərə qədər Sivasda ticarət böyük ölçüdə Kayserililərin əlində idi və bu, şəhər əhalisi tərəfindən yaxşı qarşılanmırdı. Bunun yaşanan ağrılı hadisələrdə də təsirli olduğu gəzən söz-söhbətlər arasında olub.
 

İki şəhərin fərqli klubları arasında keçirilən yarışlarda da zaman-zaman yaralanma ilə bitən hadisələr baş verib.
 

Matç günü:

Sivaslılar 40 avtobus, 20 mikroavtobus və qatarla Kayseriyə gəlib.

Açıklama yok.

Onların komandası təzəcə liqaya yüksəlmişdi, yaxın məsafəli səfər belə deyildi, amma sivaslılar o il izdihamlı şəkildə Kayseriyə getmişdilər.
Matçdan əvvəl şəhərdə bəzi hadisələr baş verib. Bu davalarda bir neçə nəfərin yaralandığı polis qeydlərində öz əksini tapıb.
 

20-ci dəqiqə: Tribunaları çaşdıran qol
 

Matçın 20-ci dəqiqəsində “Kayserispor” Küçük Oktayın qolu ilə 1:0 önə keçib və Kayseri tribunaları qolu bayram etməyə başlayıb.
Amma bu sevinc Sivasspor tərəfindən sərt reaksiya ilə qarşılanıb. Şahidlərin ifadəsinə görə, qoldan sonra "Sivasspor" tərəfindən meydançaya və azarkeşlərə daşlar atılmağa başlayıb, həmin qarğaşada iki nəfərin həyatını itirdiyi bildirilir.


Açıklama yok.

Hadisələr böyüyür: Əsəbiləşən “Kayserispor” azarkeşləri “Sivasspor” azarkeşlərinə cavab verir

“Sivasspor”lu tərəfdarların atdığı daşlardan sonra vəziyyət gərginləşib və verilən açıqlamalara görə, bir polisin tribunaları ayağa qaldıraraq qızışdırması ortalıq qarşıdurma mühitinə çevrilib.

 

“Kayserispor” tribunasındakı bəzi azarkeşlər daş, çubuq və bıçaqlarla Sivassporlusun olduğu qonaq komandanın tribunasına doğru irəliləyib.

Açıklama yok.

Dəmir qapılara üz tutan “Sivasspor”azarkeşləri arasında izdiham və tıxac nəticəsində 41 nəfər həyatını itirir.
Meydan sahibi (“Kayserispor”) tərəfdarlarının dəmir qapılara doğru hücum etməsi nəticəsində stadionun nizamsızlığı, belə izdihamın yaratdığı panika mühiti və havasızlıq “Sivasspor”lulara çox çətin anlar yaşadıb.



Bu arada 41 azarkeş dünyasını dəyişib. Daş, çubuq və bıçaq zərbələri nəticəsində 300-ə yaxın insan yaralanıb.

Açıklama yok.

Hadisədən sonra: Stadiondan çölə çıxan Sivasspor tərəfdarları stadionun yaxınlığında 60-a yaxın avtomobilə hücum edib
 

Stadionun ətrafında park edilmiş “Kayserispor”un maşınları “Sivasspor” azarkeşləri tərəfindən yandırılaraq bəzi yerlərdə hücuma məruz qalıb.
 

Bu hadisəni eşidəndən sonra Kayseridəki sivaslılara və Sivas seria nömrəli avtomobillərə hücumlarla cavab verilib. Ancaq bu dəfə də Sivasda olanlar eşidildikdən sonra hadisələr məcrasından çıxıb və son dərəcə təhlükəli yerlərə doğru getmə siqnalları verməyə başlayıb.
 

Hadisə Sivasda eşidildikdən sonra Kayserililərin Sivasdakı mağazalarına hücum edilib. O dövrdə Kayserililər ticarət baxımından Sivasda aktiv mövqedə idilər.


Həmin matçda oynayan futbolçu Yusuf Ziyanın dedikləri : Hadisələrin səbəbi cahillikdir, təəssüf və ayıb olsun. Çox adam öldü…

Açıklama yok.

“Saat 15:30-da tribunada hadisələr başlayanda soyunub-geyinmə otaqlarına qaçdıq. Gecə saat 21:00-a qədər burada qaldıq. Biz ancaq qışqırıqları eşidirdik. Üstümüzə gözətçi qoyub getdilər. Əgər bilsəydilər ki, bizi tək bir mühafizəçi qoruyur, yəqin ki, bizi öldürərdilər. Biz stadiondan çıxanda qaranlıq idi. Bizi Türkiyə qatar reysi ilə şəkər zavoduna apardılar. Sonra bizi Sivasa gətirdilər. İnsanlar bizi küçələrdə gözləyirdilər. Kimisi oğlunu, kimisi qardaşını soruşurdu. Bir tərəfdən də, sanki bizi günahlandırırdılar. İki-üç gün çölə çıxa bilmədik. Daha sonra bütün futbolçular şəhəri tərk etdik. Bir həftə sonra qayıtdıq. İlk məşqimizdə tamaşaçılar ağaclara qədər dolu idi. Dəhşətli bir sevinc var idi. 1970-ci ildə İstanbula qayıtdım. Məncə, bunun səbəbi cahillikdir. Çox təəssüf ki, bu qədər insan öldü”.
Keçmiş futbolçu Yusuf Ziya Sayler


Faciə “gəlirəm” deyirdi: Ehtiyatsızlıq

Dövrün Sivasspor və AP-nin il başçısı Hüseyn Yıldırım o günləri belə izah edir:
 

“Matçdan əvvəl Kayseri valisinə telefonla zəng etdim. Dedim tədbir gör. Tədbirlər qeyri-kafi idi. Çox adam panikadan öldü. Gecə yarısı xəbər eşidiləndə Sivas ayağa qalxdı. Kayserililər Sivas iqtisadiyyatına hakim idi. Bazardakı dükanlar, otellər və kiçik fabriklər həmişə onların əlində idi. Buna dözə bilməyənlər də var idi. Qarşılaşmada baş verənlərdən yararlandılar. Əslində mən o vaxt 2-ci liqaya qarşı idim. Camaat hələ belə yarışları idarə edəcək səviyyədə deyildi. Amma səsimizi eşitdirə bilmədik”.

 

Süleyman Dəmirəl hadisələrdən dərhal sonra Rusiya səfərini ləğv edərək radioda bu mesajı verib:


Açıklama yok.

 

“Ümid edirəm ki, şüursuz təxribatlarla davam etdirilməsi nəzərdə tutulan bu hadisə futbol tariximizdə yeganə olaraq qalacaq”.
 

8-i Sivas, 18-i Kayseri tərəfdarı olmaqla 26 nəfər nəzarətə alındı, polis rəisləri böhranı yaxşı idarə edə bilmədikləri səbəbiylə vəzifələrindən uzaqlaşdırıldı, qubernator istefa verdi.
 

Lakin hadisənin izlərini yaddaşlardan, açdığı dərin yaraları isə qəlblərdən heç kim silə bilmədi. Dostluq və qardaşlıq ifadə etməli olan futbol oyunu qardaş qanı axıtmağa səbəb oldu…

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda YENİ DƏLƏDUZLUQ: "Caller ID Spoofing" nədir və necə tətbiq olunur? - XƏBƏRDARLIQ!

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Hökumə Əliyevanın atasına bank adı ilə zəng edən dələduzlar onun 80 min manatdan artıq pul vəsaitini oğurlayıblar. Daxili ...

"Kapital Bank"dan Hökümənin atasının üzləşdiyi dələduzluq halı ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzluq halı ilə üzləşib. Hökumə Əliyevanın vəfatına görə ailəsinə ödənilən sığorta və kompens...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Milli Hidrometeorologiya Xidməti yanvarın 19-u gündüz, 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.   Bu b...

“TikTok” sabahdan bağlana bilər - XƏBƏRDARLIQ!

ABŞ Ali Məhkəməsinin verdiyi qərardan sonra Çin şirkəti yanvarın 19-da Amerika istifadəçiləri üçün “TikTok”u bağlamaq haqqında düşünür.  S...

İmişlidə yol qəzasında 2 uşaq öldü

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.    DİN-in Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, xidmə...

Hökümənin ailəsindən oğurlanan pullar GERİ QAYTARILDI - SAXLANILANLAR VAR

Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə həlak olan Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlamaqda şübhə...