Avtobus çaya aşdı - 6 nəfər öldü

Hadisə
22:08 / 25.12.2022
18508
İspaniyanın şimal-qərbində sərnişin avtobusu çaya aşıb.
Sfera.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Hadisə nəticəsində altı nəfər ölüb, iki nəfər yaralanıb.
Sağ qalan iki nəfər - 63 yaşlı sürücü və bir qadın sərnişin yanğınsöndürənlər tərəfindən kəndirlə çaydan çıxarılaraq xəstəxanalara aparılıb.